Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri müəyyənləşib

Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri müəyyənləşib"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında" Fərmanda dəyişiklik edilib.
azxeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, "Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə" 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və "Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə" 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarına uyğun olaraq qərara alıram:
"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 20; 2014, № 4, maddə 366; 2017, № 8, maddə 1529) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
"1. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır:
1.1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti);
1.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti);
1.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti);
1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları:
1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini;
1.4.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini;
1.4.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin texniki sahədə əks-kəşfiyyat fəaliyyətini;
1.4.4. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətini.".
2. 2.3-cü bənddən "7.2.9-cu," sözləri çıxarılsın və həmin bənddə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, texniki kəşfiyyata qarşı əks-təsir fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.
3. 2.4-cü bənddə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti" sözləri ilə əvəz edilsin.
4. 2.6-cı bənddə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tərkibində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öz struktur bölmələrində və strukturuna daxil olan qurumlarda, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öz struktur bölmələrində Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.
5. 2.7-ci bənddə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı energetika, nəqliyyat və rabitə obyektlərində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyin təmin edilməsi və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi ilə bağlı nəqliyyat və rabitə obyektlərində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı energetika obyektlərində Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.
6. 2.8-ci bənddə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.
7. Aşağıdakı məzmunda 2.8-2-ci bənd əlavə edilsin:
"2.8-2. həmin Qanunun 7.2.9-cu maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, fəaliyyət istiqamətlərinə uyğun olaraq, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi həyata keçirirlər;".
8. 2.10-cu, 2.11-ci, 2.13-cü və 3.2-ci bəndlərdə "dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, texniki kəşfiyyata qarşı əks-təsir fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.
9. 3-cü hissədə "Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin".

Siyasi       Tarix: 02 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər.com cəbhədən son xəbərlər en son xəbərlər bugün krimnal bugun