Azərbaycanda kredit faizləri azalır? - Deputat danışdı
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov kredit faizləri ilə bağlı nikbin proqnoz verib. O bildirib ki, əgər il ərzində ciddi kənar təsirlər baş verməzsə, kredit faizlərində azalma gözlənilir.
Milli Məclisin deputatı Vüqar Bayramov azxeber.com-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın uçot dərəcəsi kredit faizlərinin dəyişməsinə əsaslı təsir göstərmir:
"Mərkəzi Bank uçot dərəcəsini mövcud makroiqtisadi vəziyyətə uyğun olaraq dəyişir. Eyni zamanda istehlak bazarındakı və tədiyyə balansındakı vəziyyəti nəzərə alaraq faiz dərəcəsinin yuxarı və aşağı hədlərini müəyyənləşdirir.
Mərkəzi Bankın uçot dərəcəsinin hazırda kredit faizlərinə təsiri kifayət qədər zəifdir. Praktik olaraq, Mərkəzi Bankın uçot dərəcəsi kredit faizlərinin dəyişməsinə əsaslı təsir göstərmir".
Deputat vurğulayıb ki, kredit faizlərində ciddi azalmaların gözlənilməsi real deyil:
"Son dövrlərdə Mərkəzi Bankın uçot dərəcəsində azalmalar müşahidə edilsə də, kredit faizlərində ciddi azalmalar qeydə alınmır. Bunun əsas səbəbi kredit faizlərinin birbaşa bankların cəlb etdiyi depozit faizlərindən və ümumilikdə onların maliyyə resurslarının dəyərindən asılı olmasıdır.
Yəni əgər banklar bahalı manat depozit siyasətini davam etdirəcəklərsə, bu halda kredit faizlərində ciddi azalmaların gözlənilməsi real deyil. Çünki praktikada bankların cəlb etdiyi vəsaitlər bahalı olduğu üçün onlar kreditləri də yüksək faizlə təklif edəcəklər".
Parlamentari vurğulayıb ki, banklarda korporativ idarəetmənin gücləndirilməsi və şəffaflığın artırılması vacibdir:
"Kredit faizlərinin azalması üçün birbaşa şəkildə bankların cəlb etdiyi maliyyə resurslarının ucuzlaşmasına ehtiyac var. Əgər banklar daha ucuz mənbələrdən, xüsusilə də milli valyutada vəsait cəlb edə bilsələr, bu zaman kredit faizlərində azalma baş verə bilər. Eyni zamanda banklarda korporativ idarəetmənin gücləndirilməsi və şəffaflığın artırılması da vacibdir. Çünki maliyyə resurslarının şəffaf idarə olunması və kredit alan şəxsin ödəmə qabiliyyətinin düzgün qiymətləndirilməsi də kredit faizlərinə təsir göstərən amillər sırasındadır".
Şahanə Ziyad

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu