Azərbaycanda logistika subsidiyası tətbiq ediləcək
Azərbaycanın işğaldan azad edilən ərazilərində fəaliyyət göstərən və göstərəcək ixracatçılara logistika subsidiyası tətbiq ediləcək.
KONKRET.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun ( AZPOMO) icraçı direktoru Yusif Abdullayev bu qurumun 2022-ci ilin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu subsidiyalar Azərbaycanın digər bölgələrinə təqdim olunandan daha çox və daha uzunmüddətli olacaq:
"Hazırda AZPROMO tərəfindən "Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərinə əlavələr və düzəlişlər olunur. Burda əsas məsələ odur ki, biz logistika üçün subsidiya nəzərdə tutmuşuq. Bu subsidiya Azərbaycanda bütün ixracatçılara şamil olunacaq bir mexanizmdir və bu, ixracımızın yeni bazarlara genişləndirilməsinə dəstək olacaq".
Y. Abdullayev bildirib ki, logistika subsidiyasını ümumilikdə 5 il, işğaldan azad edilən ərazilərdə isə 10 il müddətinə tətbiqi gözlənilir.
Onun sözlərinə görə, bu layihəni mart ayında Nazirlər Kabinetinə təqdim olunacağı planlaşdırılır.//Report

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu