Azərbaycanda müəllimi döyüb çantasını oğurladılar
Neftçala rayonunun Bankə qəsəbəsində döyülmə faktı qeydə alınıb.
KONKRET.azxəbər verir ki, qəsəbənin 2 nömrəli məktəbində ibtidai sinif müəllimi işləyən Elza İbrahimova evə gedərkən qara maskalı şəxsin hücumuna məruz qalıb.
Həmin şəxs müəllimə xəsarət yetirərək, əlindəki çantanı alıb və hadisə yerindən uzaqlaşıb. E.İbrahimovanın başından ağır xəsarət aldığı bildirilir.
Hazırda Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları cinayəti törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində iş aparırlar.
Məlumata görə, Elza müəllimə qəsəbənin imkanlı şəxslərindən hesab edilir. O, müəlliməliklə yanaşı xırda ticarətlə də məşğul olur.
Məsələ ilə bağlı məktəbin direktoru Hüsniyyə Zeynalova ilə əlaqə saxladıq. Direktor açıqlamasında hadisənin baş verdiyini təsdiqləyib:
"Hazırda polis araşdırma aparır".//Bakupost.az

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA