Azərbaycanda nişanlı qız faciəvi şəkildə ÖLDÜ
Göyçay rayonunda zəhərlənən məktəbli ölüb.
KONKRET.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Şıxəmir kəndində qeydə alınıb. Kənd sakini, 2005-ci il təvəllüdlü İsmayılova Aysun Habil qızı yaşadığı evdə zəhərlənib. Onun maye qazın otağa dolması nəticəsində zəhərləndiyi ehtimal olunur. Hadisə zamanı ailə üzvləri evdə olmayıb. Atası Habil İsmayılov evə qayıdarkən qızın halının pis olduğunu görüb, onu dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına aparıb. Vəziyyəti ağırlaşan Aysun İsmayılova müalicə üçün təcili olaraq Bakıdakı Respublika Toksikoloji Mərkəzinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Aysun İsmayılova dünyasını dəyişib.
Qeyd edək ki, Məlikkənd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi olan Aysun İsmayılova əmisi oğlu ilə nişanlı olub. Aysunun evdə maye qazdan və ya hansısa başqa səbəbdən zəhərlənməsi barədə hələ ki, dəqiq məlumat yoxdur. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon Şöbəsinə aparılıb, nümunələr götürülüb. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar