Azərbaycanda ölüm hökmü bərpa oluna bilərmi? - VİDEO
Azərbaycanda ölüm hökmü bərpa oluna bilərmi? - VİDEO
Vaxtaşırı Azərbaycanda ölüm hökmünün yenidən bərpa olunması haqqında təkliflər irəli sürülür.
Son günlərdə Tovuz rayon sakini 10 yaşlı Nərmin Quliyevanın amansızlıqla öldürülməsindən sonra isə məsələ yenidən gündəmə gəldi.
Tanınmış şəxslər də daxil olmaqla, bir çoxları sosial şəbəkələrdə paylaşımlar edərək ölüm hökmünün yenidən bərpasının tərəfdarı olduqlarını bildirdilər.
Buradan isə bir neçə sual ortaya çıxır.
Azərbaycanda ölüm hökmünün bərpası mümkündürmü?
Ölüm hökmünün bərpası cinayətlərin qarşısını ala bilərmi?
Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdürü Cahangir Cahangirli hesab edir ki, sözügedən hökmün yenidən qəbul edilməsi ilə cinayətlərin qarşısı alınmayacaq.
Cahangir Cahangirli bildirir ki, ölüm hökmünün hal-hazırda icra olunduğu ölkələrə nəzər salsaq, görərik ki, həmin ölkələrdə də çox ağır cinayət hadisələri baş verir:
"Buna görə düşünürəm ki, cəzanın bərpa edilməsi ilə cinayətlərin qarşısı alınmayacaq".
Hüquqşünas Emil Aslanov da sözügedən hökmün yenidən qəbul edilməsini düzgün hesab etmir. Hüquqşünasın sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulan ömürlük həbs cəzası elə ölüm hökmünə bərabərdir:
"Düzdür, hazırda bir neçə ölkədə ölüm hökmündən istifadə olunur. Amma həmin ölkələrlərdə əhalinin sayı da Azərbaycan əhalisindən bir neçə dəfə çoxdur".
Qeyd edək ki, ölkəmizdə ölüm hökmü 1998-ci il, fevral ayının 10-da ləğv edilib. Hazırda ABŞ, Səudiyyə Ərəbistanı, İran, İraq, Çin və Vyetnam kimi ölkələrdə ölüm hökmünün tətbiqi davam edir.
Sail Ağasəlim, Firdovsi Mərdanov /oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb