Azərbaycanda operator bank modelinin tətbiqinə start verilib
Azərbaycan Mərkəzi Bankı (AMB) nağd pulla bağlı əməliyyatların optimallaşdırılması, effektivliyin və səmərəliliyin yüksəldilməsi məqsədilə bir sıra biznes proseslərin kommersiya banklarına ötürülməsi proseslərinə başlayıb.
KONKRET.azxəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bununla əlaqədar Mərkəzi Bank tərəfindən operator bank modelinin tətbiqinə start verilib və kommersiya bankları arasından seçilmiş operator banklara qarşı tələblər müəyyən edilib.
Bu istiqamətdə Mərkəzi Bankın İdarə Heyətinin 30 avqust 2023-cü il tarixli qərarına əsasən "ABB" ASC-də operator bank müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 iyun 2023-cü il tarixli qərarına əsasən "Kapital Bank" ASC operator bank olaraq seçilib.
Qeyd edək ki, hər iki bank öz müştərilərindən qəbul etdiyi pullarla yanaşı, digər banklardan və poçt rabitəsinin milli operatorundan alınmış kağız milli pul nişanlarının avtomatlaşdırılmış emal avadanlığında çeşidlənməsini həyata keçirmək və təkrar tədavülə buraxmaq funksiyasını həyata keçirəcəkdir.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"