Azərbaycanda polkovnik-leytenant qəzaya düşdü - FOTOLAR
Hərbi Polis bölmələrinin Yevlax Qarnizonunun komandiri polkovnik-leytenant Ərəstun İsmayılov avtomobil qəzasına düşüb.
KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhərində, Cəfər Cabbarlı küçəsi ilə Abbasqulu bəy Şadlinski küçəsinin kəsişməsində baş verib.
Belə ki, Ə.İsmayılovun idarə etdiyi "Mercedes-Benz" markalı, 90-MH-240 dövlət qeydiyyat nişanlı avtomobillə, Yevlax rayon sakininin (ad, soyad dəqiqləşdirilir) idarə etdiyi VAZ-2199 markalı, 66-BH-179 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində VAZ-2199 markalı avtomobil yolun kənarına aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə DYP və Hərbi Polisin əməkdaşları cəlb olunub.
İlkin ehtimala görə, Ərəstun İsmayılov avtomobili yüksək sürətlə idarə edib və qarşısına çıxan digər avtomobili vurub.
Faktla bağlı araşdırma aparılır.
Turlar.az [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar