Azərbaycanda pullu yollara niyə radar quraşdırıldı? – "Ödənişli yolun mahiyyəti bu idi ki…

Azərbaycanda pullu yollara niyə radar quraşdırıldı? – Xəbər verdiyimiz kimi, ödənişli yollarda sürət həddi müəyyənləşdirilib.
 "Yol hərəkəti haqqında" qanuna təklif olunan dəyişiklik layihəsinə əsasən, yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və 3,5 tona qədər olan yük avtomobilləri üçün maksimal sürət həddi saatda 130 km, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri və 3,5 tondan ağır yük avtomobilləri üçün isə saatda 90 km olacaq.
Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov azxeber.com-a açıqlamasında bildirib ki, əvvəllər ödənişli yollarda radarlar quraşdırılmamışdı:
""Yol hərəkəti haqqında" qanuna əsasən, yollarda avtomobillərin hərəkəti üçün maksimal sürət həddi saatda 110 km idi və sürücülər bu həddi aşmamalı idilər. Mövcud radarlar da məhz bu sürət həddinə uyğunlaşdırılmışdı. Sadəcə Bakı–Quba istiqamətindəki ödənişli yolda indiyədək radarlar quraşdırılmamışdı. Lakin həmin yolda bir neçə yol-nəqliyyat hadisəsi baş verdiyindən, qəzaların əsas səbəbi kimi sürət həddinin aşılması göstərildi və nəticədə radarların quraşdırılması qərara alındı".
Azərbaycanda pullu yollara niyə radar quraşdırıldı? – Ekspertin sözlərinə görə, sürücülər ödənişli yollarda sürət həddinin aşağı olmasından narazılıq edirdilər:
"Radarlar quraşdırıldıqdan sonra qanunvericiliyə əsasən sürücülər ödənişli yolda da sürət həddini 110 km/saatdan artıq aşmamalı idilər. Bu isə cəmiyyətdə müəyyən narazılıq və tənqidlərə səbəb olmuşdu. Sürücülər bildirirdilər ki, əgər ödənişli yolla hərəkət edirlərsə və bunun üçün ödəniş edirlərsə, sürət həddi daha yüksək olmalıdır. Onların əsas istəyi vaxt itirmədən mənzil başına çatmaq idi. Çünki ödənişli yolun mahiyyəti də maniyəsiz, təhlükəsiz və keyfiyyətli hərəkəti təmin etməkdir".
Eldəniz Cəfərov qeyd edib ki, dövlət qurumları sürücülərin bu tələblərini nəzərə alıb:
"Görünür, dövlət qurumları ödənişli yollara olan tələbatın azalmasının qarşısını almaq və sürücülərin fikirlərini nəzərə almaq məqsədilə qanunvericilikdə dəyişiklik etməyi məqsədəuyğun hesab edib. Nəticədə yalnız ödənişli yollarda maksimal sürət həddi artırılaraq 130 km/saat müəyyən edilib. Bu da əvvəlki göstəricidən 20 km/saat yüksəkdir".
Şahanə Ziyad

Sosial       Tarix: 19 yanvar 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli enson xeberler dunya xeberleri sonxeber az