Azərbaycanda qadın sevgilisinə göndərəcəyi intim mesajı səhvən oğluna atdı... - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Azərbaycanda qadın sevgilisinə göndərəcəyi intim mesajı səhvən oğluna atdı... - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATIUcar rayonunda 2000-ci il təvəllüdlü Rüzgar qısqanclıq zəminində yaranan mübahisə zamanı anası Jaləni (adlar şərti verilib – red.) qətlə yetirib.
Rüzgar mobil telefonuna 1981-ci il təvəllüdlü anası Jalənin səhvən intim məzmunlu mesaj göndərməsindən sonra onun kənar şəxslə sevgi münasibətində olmasından şübhələnib.
Bu məsələni aydınlaşdırmaq məqsədilə 17 avqust 2023-cü ildə o, Moskva şəhərindən Bakıya qayıdıb. Avqustun 18-də gecə saat 4 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gəlib və istintaqla müəyyən edilməsi mümkün olmayan taksi ilə Jalənin tək yaşadığı Ucar rayonu, Qaradağlı kəndindəki evinə yola düşüb.
Rüzgar Jalənin yatdığı otağa daxil olub, yuxudan oyanan anasından kiminlə sevgi münasibətində olduğunu soruşub. Jalə oğluna şəxsi həyatı ilə bağlı hesabat verməyəcəyini deyib, üzünə şillə vurmasından əsəbiləşib.
Rüzgar yaranmış mübahisə zamanı iki əli ilə anasının boğaz nahiyəsindən yapışıb və döşəmə üzərinə yıxaraq, onu boğub öldürüb.
"Atam evdən getdi"
İstintaq orqanı tərəfindən Rüzgarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüzgar ona elan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, mərhum Jalə doğma anasıdır, atası Fərrux 2021-ci ildə evdən gedərək Bakı şəhərində yaşamağa başlayıb: "Məndən başqa iki bacım isə ailə həyatı quraraq ayrı yaşayırlar.
2020-ci ilin iyulunda hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra Bakı şəhərinə getdim. 2022-ci ilin yanvar ayına qədər müxtəlif restoranlarda ofisiantlıqla məşğul oldum. Həmin tarixdən isə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə, əmimin yanına getdim, onun yanında işlədim".
"Anamla əlaqə saxlayırdım"
Rüzgar qeyd edib ki, Moskva şəhərində olduğu müddətdə yalnız bir dəfə - 2023-cü ilin yanvarında sürücülük vəsiqəsi almaq məqsədilə Ucar rayonuna gəlib: "Həmin vaxt anamın kənar şəxslərlə münasibətinin olmasından şübhələndim. Evin darvazasına və həyətə müşahidə kamerası quraşdırdım. 10-15 gün qaldıqdan sonra yenidən Moskva şəhərinə qayıdaraq işlərimə davam etdim. Moskvada olduğum müddətdə anamla hər gün əlaqə saxlayırdım".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 16 avqust 2023-cü ildə vatsapda anasından səhvən gələn səsli mesaja qulaq asdıqda onun kənar şəxslə intim münasibətdə olmasını başa düşüb: "Dərhal anama zəng edərək bu səslərin nə olduğunu soruşdum. Anam mənə səs atdığını inkar etməyə başladı, sonra da telefonu söndürdü.
Yenidən səsləri anama göndərdim, sonra ona zəng etdim. Anam zəngə 3-cü dəfə cavab verdi. Telefonda ona evdən çıxıb yox olmağı tapşdırdım. Anam isə evdən çıxmayacağını, həmin səslərin özünə aid olmadığını söylədi".
"Bibim dedi, rayona səhər gedərsən"
Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün, yəni avqustun 17-də anasına Azərbaycana qayıdacağını, o, gələnə kimi evdən çıxmağı tapşıraraq telefonu söndürüb: "Həmin gün Bakı şəhərinə uçuş bileti aldım. Avqustun 17-də təyyarə ilə Bakıya uçdum. Bibim Nazilənin Sulutəpə qəsəbəsindəki evinə getdim. Oradan anama zəng edərək Bakıda olduğumu və bir daha evdən çıxmasını tələb etdim.
Saat 18 radələrində bibim oğlu Xəlilə zəng edərək Bakıya gəldiyimi, onunla görüşmək istədiyimi bildirdim. Xəlil Quba rayonundan Bakıya qayıtdığını, yolda olduğunu, Sulutəpə qəsəbəsində görüşə biləcəyimizi söyldi. Saat 21 radələrində Sulutəpə qəsəbəsində "Dörd yol" deyilən ərazidə Xəlillə görüşərək söhbət etdik.
Xəlil bibim Naziləyə zəng edərək, mənimlə bir yerdə olduğunu və Ucar rayonuna getmək istədiyini dedi. Bundan sonra Xəlil telefonu mənə verdi. Bibimlə telefonda təxminən 2 dəqiqə danışdım. Bibim gecə olduğu üçün Ucar rayonuna səhər getməyi məsləhət gördü. Onun sözlərinə məhəl qoymayaraq Ucar rayonuna indi gedəcəyimi dedim və telefonu Xəlilə verdim.
///Referans.az / azxeber.com

Sosial       Tarix: 29 mart 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xeberler xəbər meherremlik 2026 bugunun xeberleri