Azərbaycanda qadınların pensiya yaşının azaldılması təklif edilir

Azərbaycanda qadınların pensiya yaşının azaldılması təklif edilirAzərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) qadınların pensiya yaşının azaldılması, xüsusilə 63 yaş müəyyənləşdirilməsi ilə bağlı "Əmək pensiyaları haqqında" qanuna müvafiq dəyişikliklərin edilməsi təklif olunur.
azxeber.com xəbər verir ki, bu, Ombudsmanın 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.
Məruzədə bildirilib ki, "Əmək pensiyaları haqqında" qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli, 543- VQD saylı qanununun 1.13-cü maddəsinə əsasən, bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Qeyd edilib ki, Azərbaycan cəmiyyətində və ailədə qadının rolu, ailə qayğılarından irəli gələrək onun üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq 2027-ci il 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyildir.
Bildirilib ki, bu baxımdan qadınların pensiya yaşının azaldılmasına ehtiyac vardır.
"Əmək pensiyaları haqqında" qanuna müxtəlif vaxtlarda dəyişikliklər edilməklə əmək pensiyasının minimum məbləği artırılıb. 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat olduğu halda, 2022-ci ilin yanvarın 1-dən bu məbləğ 20 faiz artırılaraq 240 manat müəyyən edilmişdir. Bu yanaşma minimum məbləğdə pensiya alanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində olduqca mühüm addımdır.
Lakin bununla belə, digər pensiyaçılara ödənilən pensiya məbləğlərinin əmək pensiyasının minimum məbləğinə mütənasib artırılmaması da sərf etdiyi əməyə, o cümlədən qazandığı əmək və sığorta stajlarına görə pensiyaçılar arasında bərabərlik prinsipinin pozulmasına səbəb olur.
Belə ki, əmək pensiyasının minimum məbləği 240 manata qaldırıldığı vaxta kimi 201 manat və 239 manat alan iki müxtəlif pensiyaçının pensiya məbləği bərabər olaraq 240 manata çatdırılır. Qeyd edilənləri nəzərə alaraq, əmək pensiyasının minimum məbləği artırılarkən bundan əvvəl təyin edilmiş pensiya məbləğlərinin əmək pensiyasının minimum məbləğinə mütənasib və ya müəyyən məbləğdə artırılması zəruridir.

İqtisadiyyat       Tarix: 03 mart 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler az sonxeber az en sonxeber xeberler bugun 2026