Azərbaycanda qış turizm mövsümünə start verilib

Azərbaycanda qış turizm mövsümünə start verilib14-15 dekabrda Azərbaycanda qış turizm mövsümünün başlanması ilə əlaqədar Dövlət Turizm Agentliyinin və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına dair mediatur təşkil edilib.
azxeber.com-un məlumatına görə, mediaturun əsas məqsədi Azərbaycanın qış turizm imkanlarını tanıtmaq, mövcud və yeni məhsulları nümayiş etdirmək, daxili turizmə olan marağı artırmaq, insanları qış turizminə təşviq etmək, turizm sənayesinin inkişafı sahəsində ən son yenilikləri nümayiş etdirmək, o cümlədən "Şahdağ" Turizm Mərkəzinin qış mövsümünə hazırlığı barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən əcnəbilərin ümumi sayının 2 milyon 412 min nəfər təşkil etdiyini və bunun 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artım olduğunu bildirib. Kənan Quluzadə 2024-cü ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayının 3 milyona, müvafiq artım templərinə əsasən 2028-ci ilə qədər isə illik olaraq 4 milyona çatması üzrə proqnozların olduğunu qeyd edib.
DTA sədrinin müşaviri qeyd olunan dövr ərzində, həmçinin Azərbaycana 24.519 kommersiya yönümlü uçuşun həyata keçirildiyini və əvvəlki dövrlə müqayisədə 18 faiz artımın olduğunu, eləcə də yanvar-oktyabr ayları ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda nominal ifadədə 2.49 milyard azn əlavə dəyərin yarandığını və bunun da ötən ilki dövrlə müqayisədə 11.3 faiz artıma səbəb olduğunu vurğulayıb.
2024-2026-cı illər üzrə nəzərdə tutulan Turizm Marketinq Strategiyasına əsasən, dörd əsas istiqamət üzrə işlərin həyata keçirildiyini deyən Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov təbiət və macəra, mədəniyyət, sağlamlıq və işgüzar tədbirlər kimi sahələrə, eyni zamanda qış turizmi fəaliyyətlərinə xüsusi önəm verildiyini bildirib. O ölkə turizminin təbliği və təşviqi baxımından yeni hədəf bazarlarının araşdırılması, turizm bazarlarına çıxışın asanlaşdırılması və mövcud turizm bazarlarında aktivliyin artırılması, o cümlədən ziyarətçi bazasının genişləndirməsi istiqamətində aktiv işlərin aparıldığını qeyd edib. Cavanşir Bayramov cari ildə Azərbaycanın turizm potensialının təbliği istiqamətində xarici media resurslarında, beynəlxalq turizm səgilərində, B2B görüşlərdə 30-a yaxın aktiv kompaniyaların aparıldığını bildirib.
2025-ci ildə "Şahdağ"ın beynəlxalq idman yarışlarına və tədbirlərə ev sahibliyi edəcəyini qeyd edən "Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov mövsüm qabağı yeni infrastruktur layihələrinin həyata keçirildiyini, modernləşdirilmə işlərinin aparıldığını, həm kompleksin ərazisində olan hotellərin, həm də kanat xətlərinin, eləcə də qonaqlara təqdim olunan müxtəlif qış əyləncələrininin və atraksionlarının tam hazır vəziyyətə gətirildiyi bildirib. O son illər beynəlxalq bazarlarda aparılan uğurlu təşviqat işlərinin nəticəsində kompleksə səfər edənlərin sayında müsbət dinamikanın olduğunu, həm də ölkələrin coğrafiyasının genişləndiyini qeyd edib.
İki günlük tədbir çərçivəsində KİV nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan müxtəlif əyləncələr ilə tanış olub, xizək vasitələri, kanat yolları, müxtəlif atraksionlar və qış əyləncələrindən istifadə ediblər.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayından dekabr ayının 14-ə kimi "Şahdağ" Turizm Mərkəzində hotellərde gecələyənlərin sayı 101.939 nəfər, mərkəzin xizəkçi və piyada kimi xidmətlərindən istifadə edən qonaqlarının sayı isə 266.579 nəfər təşkil edib.
Azərbaycanda qış turizm mövsümünə start verilib

Sosial       Tarix: 14 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat xeberleri cəbhədən yeni xəbərlər krminal bu gun cəbhədən canlı