Azərbaycanda qış turizmi üçün hansı potensial var? - FOTO

Azərbaycanda qış turizmi üçün hansı potensial var? - FOTOAzərbaycanda qış turizmi üçün hansı potensial var? - FOTO
Dünya ölkələri qış turizminin inkişafına böyük önəm verir. ABŞ-nin Çikaqo şəhəri, Yellouston Milli Parkı, Estoniyanın Tallin, Belçikanın Brügge, Çexiyanın Praqa şəhəri, Finlandiyada Laplandiya, Avstriyada Halştad, Sloveniyada Bled gölü, Tacikistanda Pamir dağları, Monqolustanda Qobi səhrası əraziləri dünyanın məşhur turizm destinasiyalarından hesab olunur. Bu ərazilərdə hokkey, konkisürmə, buzda balıq ovu, qarda at sürmə, enişdə xizək sürmə, qış festivalları və digər qış turizm fəaliyyətləri təşviq etdirilir.
Bəs Azərbaycanda qış turizmi üçün hansı potensial var və bu potensialdan necə istifadə edilir?
Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Gülnar Mustafayeva "Report"a açıqlamasında bildirib ki, qış mövsümündə Azərbaycanda əsas turistik istiqamətlər ənənəvi olaraq Şimal turizm koridoru üzrə Quba və Qusar, Şimal-qərb turizm koridoru üzrə Qəbələ, İsmayıllı, Şamaxı, eləcə də qərb və cənub bölgələridir:
"Şimal istiqaməti üzrə turist axınına təkan verən əsas səbəblərdən biri Qusarda "Şahdağ" Turizm Mərkəzi, şimal-qərb üzrə isə Qəbələdə yerləşən "Tufandağ" Xizək Kompleksidir. Xüsusilə, son günlərdə qarın yağması ilə əlaqədar bölgələrə üz tutan turistlərin sayında artım müşahidə edilir. Ümumilikdə, xarici turistlər arasında qış destinasiyalarına daha çox MDB ölkələri və Yaxın Şərq regionundan olan ziyarətçilər üz tuturlar. Avropa bazarından da turistlərin cəlb edilməsi istiqamətində işlər aparılır".
G.Mustafayevanın sözlərinə görə, işğaldan azad edilən ərazilər, xüsusilə Kəlbəcər qış turizm imkanlarının yaradılmasına şərait yaradan əlverişli potensiala malikdir:
"Qış aylarında ərazi quruluşu, relyef, dağın hündürlüyü, meyillilik, havanın temperaturu, yağıntının miqdarı və qalma müddəti kimi amillər qiymətləndirilərək ərazidə qış turizmi mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutula bilər".
Azərbaycanda qış turizmi üçün hansı potensial var? - FOTODTA-nin mətbuat katibi hesab edir ki, bölgələrdə qış turizm komplekslərinin yaradılması turizmin mövsümlülüyünün aradan qaldırılmasını, davamlı turizmin inkişafını təmin edir:
"Eyni zamanda regionlarda yaradılan bu mərkəzlər iqtisadi və sosial baxımdan xüsusi əhəmiyyət kəsb edir. Dövlət Turizm Agentliyi tərəfindən il boyu beynəlxalq sərgi və tədbirlərdə ölkəmizin qış turizmi imkanları haqqında daimi olaraq təbliğat və marketinq işləri aparılır. Şahdağ, Tufandağ və ötən ildən Naxçıvanda istifadəyə verilən Ağbulaq kimi qış turizmi destinasiyalarının təbliği əsas marketinq istiqamətləri sırasındadır".
"Dekabr ayı ərzində ölkəmizə 143 814 nəfər xarici ziyarətçi gəlib ki, bu rəqəm 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 47% artım deməkdir. Dekabr ərzində ən çox ziyarətçi Rusiya, Türkiyə, İran, Gürcüstan, BƏƏ, Hindistan, Pakistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Qazaxıstandan olub. Bütövlükdə 2022-ci il ərzində ölkəmizə 1 milyon 602 min xarici ölkə vətəndaşı gəlib ki, bu da 2021-ci illə müqayisədə 103% artım, pandemiyadan əvvəlki rəqəmlərlə müqayisədə isə təxminən 50% bərpa deməkdir", - deyə G.Mustafayeva qeyd edib.
Azərbaycanda qış turizmi üçün hansı potensial var? - FOTOTurizm eksperti Rəhman Quliyev də "Şahdağ" və "Tufandağ" komplekslərinin önəmini qeyd edib:
"Azərbaycanda bir neçə gündür davam edən qarlı hava şəraiti dağlıq bölgələrimizə, xüsusən Qusarda "Şahdağ" və Qəbələdə "Tufandağ" dağ-xizək komplekslərinə yerli və əcnəbi turist axınını artırıb. Naxçıvanda da "Ağbulaq" xizək mərkəzi var. Ora da qiymət və keyfiyyət baxımından yaxşı fəaliyyət göstərir. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılmasından sonra yerli və xarici turistlər daha rahat şəkildə gəlib bu istirahət mərkəzində dincələcəklər. Bu istiqamətdə həm Zəngəzur dəhlizinin açılması, həm də Zəngilan və Füzulidəki beynəlxalq hava limanları mühüm rol oynayacaq".
Onun sözlərinə görə, gələcəkdə tək Naxçıvanda deyil, Qarabağda da dağ-xizək kurortlarının açılması zərurəti yaranacaq:
"Biz böyük köçə nail olduqdan sonra Qarabağın relyefinə uyğun olaraq bu cür komplekslərin orda tikilib istifadəyə verilməsi yerli və əcnəbi turistlərin böyük marağına səbəb olacaq". / oxu.az

Turizm       Tarix: 11 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son görüntülər son xeberler 2026 zelzele xeberler