Azərbaycanda qızılca yayılıb: Bu rayonlar təhlükə altındadır

Azərbaycanda qızılca yayılıb: Bu rayonlar təhlükə altındadırSon günlər Azərbaycanın müxtəlif rayonlarında qızılcaya yolxuma halları qeydə alınıb.  Bir neçə gün əvvəl məlum olub ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.
KONKRET.az xəbər verir ki, Zaqatalada 8 nəfərin stasionar müalicəsi davam etdirilir. Həmin şəxslərdən 7-si böyük, 1-i uşaqdır. Hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir.
Xəstəliyə Zaqatala şəhər və rayonun Kebeloba, Car, Yuxari Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax Əliabad kəndlərində uşaqlar və hətta orta yaş qrupuna aid insanlar arasında rast gəlindiyi bildirilir.
Azərbaycanda qızılca yayılıb: Bu rayonlar təhlükə altındadırDünən isə Zaqataladan sonra daha bir rayonda qızılcaya yoluxma halları aşkarlanıb. Kürdəmirdə Ailə Sağlamlıq Mərkəzinə 60-a yaxın sakin xəstəliyə yoluxma şübhəsi ilə müraciət edib, onlardan 9-u stasionar müalicəyə yerləşdirilib.
Yoluxmaların yüngül dərəcəli olduğu qeyd olunur. Yoluxma halları rayonun Pirili, Ərəb Qubalı, Qarasaqqal, Şilyan və Sor Sor kəndlərində qeydə alınıb.
Vətəndaşlar bildirib ki, xəstəliyin ilkin əlamətləri yüksək hərarət, öskürəkdir. Kənd sakini Səyyarə Mirzəliyeva "Baku TV"yə deyib ki, 5 nəvəsi ilə yanaşı, yaxın qohumlarının uşaqları da qızılcaya yoluxub.
Həkim Elton Musayevin sözlərinə görə, artıq xəstəxanaya 60-a yaxın müraciət daxil olub: "Hazırda onlardan doqquzu stasionar müalicə alır, digərləri isə ambulator müalicə olunaraq evə buraxılıblar. Vəziyyəti ağırlaşanlar yoxdur".
Azərbaycanda qızılca yayılıb: Bu rayonlar təhlükə altındadırQeyd edək ki, yoluxucu virus infeksiyası olan qızılca, xüsusilə uşaqlar arasında ciddi sağlamlıq riski yaradır. Qızılca virusunun səbəb olduğu yüksək hərarət, xarakterik qırmızı səpgi, öskürək və burun axması da daxil olmaqla bir sıra simptomlarla özünü göstərir. Bu yoluxucu xəstəlik tənəffüs damcıları ilə yayılır və insanların sıx olduğu yerlərdə asanlıqla ötürülür. Peyvənd yolu ilə qarşısının alınmasına baxmayaraq, qızılca uşaqlarda narahatlığa səbəb olur. Qızılca xəstəliyinin əlamətlərini və profilaktik tədbirlərin əhəmiyyətini anlamaq uşaqların rifahının qorunmasında vacibdir.
Bir müddət əvvəl Səhiyyə Nazirliyi qızılca və məxmərəyə yoluxma ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Respublikasında yoluxucu xəstəliklərə qarşı aparılmış genişmiqyaslı profilaktik tədbirlər nəticəsində 2014-cü ildən ölkədə qızılca və məxmərək infeksiyalarına yerli yoluxma halları baş verməyib. Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizi bu infeksiyaların ləğv edildiyi ölkələr siyahısına daxil edib.
2023-cü ilin əvvəlindən başlayaraq Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin yayılması müşahidə olunur. Bununla əlaqədar, cari ilin ötən dövrü ərzində digər ölkələrdən gətirilmə hadisələrdən qaynaqlanan qızılca infeksiyasına yoluxma halları, əsasən peyvənd olunmayan uşaqlar arasında yayılmaqla, Azərbaycanda da qeyd edilib.

Sağlamlıq       Tarix: 21 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün son xəbər son xeberler az sosial yardim