Azərbaycanda qoyun və keçilərin güzəştli sığortası başladı
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən yeni aqrar sığorta mexanizmi çərçivəsində sığortalanan kənd təsərrüfatı heyvanlarının siyahısı genişləndirilib.
Aqrar Sığorta Fondundan (ASF) KONKRET.az-a verilən məlumata görə, bundan sonra südlük inək və camışlarla yanaşı, ətlik mal-qara, eləcə də qoyun və keçiləri də sığortalamaq mümkün olacaq.
Yeniliyə əsasən, 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar (qoyun və keçilər) sığorta ediləcək. Bu sığorta ilə həm xaricdən gətirilən cins, həm də yerli heyvanları sığortalamaq mümkündür.
Aqrar sığortanın əhatə etdiyi digər sahələrdə olduğu kimi, qoyun və keçilərin sığortası zamanı da fermerlər sığorta haqqının yalnız yarısını ödəyir, pulunu qalan hissəsini fermerlərə dəstək üçün dövlət ödəyir.
ASF-dən verilən məlumata görə, qaydalara əsasən, sığortalanan qoyun və keçilər peyvəndlənməli, birkalanmalı, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmalı, qapalı yerdə saxlanılmalı və saxlandığı yer Nazirlər Kabinetinin təsdiqlədiyi "Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları"na uyğun olmalı, heyvanlara qarşı baytarlıq tədbirləri və onların qidalanması qaydalara uyğun təmin edilməlidir.
Aqrar sığorta vasitəsilə heyvanlar çoxsaylı risklərdən sığortalanır. Aqrar sığorta çərçivəsində qoyun və keçilərin sığortalanması üçün sığota tarifi 6,4-7,0% arasında dəyişir.
Azadolma məbləğindən asılı olaraq sığorta tarifi dəyişir. Belə ki, azadolma məbləği 10% olduqda, sığorta tarifi 7%, azadolma məbləği 20% təşkil etdikdə sığorta tarifi 6,4% təşkil edir. Nəticədə fermerlər cüzi ödəniş etməklə keçi və qoyunları sığortalaya bilərlər.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı