Azərbaycanda rejissor məcburdur ki, qapı-qapı gəzib pul axtarsın' - Ülviyyə Əliyeva

Azərbaycanda rejissor məcburdur ki, qapı-qapı gəzib pul axtarsın' - Ülviyyə Əliyeva"Bizdə yaxşı yazarlar var, yoxdur desəm günaha bataram. Amma onların da sənətinə uyğun, peşəsinə uyğun qiymət verən yoxdur. İnsan özünə, qələminə güvənir və bir qiymət qoyur. Ona da o pulu vermirlər. Sonda hər şey gəlir yenə də maddiyyata dayanır. Türkiyəli aktyorlara verilən qonarar bizə verilsə, biz xariqələr yaradarıq". 
Bunu azxeber.com-a açıqlamasında aktrisa Ülviyyə Əliyeva deyib.
Aktrisa seriallar çəkilən zaman rejissorların üzləşdiyi çətinliklərdən danışıb:
"Azərbaycanda komediya janrında çəkilən ilk film Elməddin Cəfərovun təşəbbüsü ilə "Qonşular" serialı olub. İlklərdə hər zaman mən olmuşam və biz seriala başlayanda, nə olur, necə olur bilmirdik. O serialı ilk dəfə bilməyə-bilməyə, qaranlıqda axtara-axtara özümüz öyrənmişik. Sanki bizi yerə atıblar, deyiblər gəzməyi öyrənin. Elə ən uzunömürlü seriallar deyərdim ki, Elməddin Cəfərovun ərsəyə gətirdiyi seriallar olub. Bu gün həmin seriallarda çox inkişaf var. Nədən şikayət edim? Elməddinin komandası çox qəşəng ssenari yazır. Çünki yüzlərlə yaxşı aktyor da olsa, serialı rejissor yaşadır. Ondan sonra gələn isə ssenaristdir. Nə qədər pəşəkar aktyor olur-olsun, əgər ssenaridə oynamalı bir şey yoxdursa, yüzlərlə "Oskar" alan aktyor gəlsin onu oynaya bilməyəcək, improvizə edə bilməyəcək".
Ülviyyə Əliyevanın sözlərinə görə yaxşı ssenari yazmaq üçün çox pul tələb olunur:
"Bu gün bir şeyə təəssüf edirəm. Bizdə yaxşı yazarlar var, yoxdur desəm günaha bataram. Amma onların da sənətinə uyğun, peşəsinə uyğun qiymət verən yoxdur. İnsan özünə, qələminə güvənir və bir qiymət qoyur. Ona da o pulu vermirlər. Sonda hər şey gəlir yenə də maddiyyata dayanır. Və rejissor da təbii ki, istəyir yaxşı ssenaristlə işləsin. Lakin onun dediyi məbləği ödəyə bilmir. Ona görə də məcburdur ki, bir az zəif ssenaritsə müraciət etsin ki, əlində büdcə qalsın.
Bir var ki, istehsalçı kanaldır və deyir, gət, çək, gətir, hər şey mənlikdir pulunu da ödəyir. Sən də istədiyin kimi, iş ortaya qoya bilirsən. 
Bir də var ki, bütün komanda sponsordan asılı olur. Sponsor da durub bu gün 100 min pul vermir ki, get serialını çək. Rejissor məcbur olur 5 min oradan, 3 min oradan, 2 min oradan qapı-qapı pul axtarır. Sonra da qınayırıq ki, yaxşı serial, yaxşı film yoxdur. O filmi ortaya çıxartmaq üçün biz yaradıcı insanlar imkanlı insanlardan asılı oluruq.
Bu gün bir serial çəkmək istəyən yaradıcı insan məcbur olur kiməsə ağız açsın, çünki onun pulu yoxdur. O, yaradıcı insandır, biznesmen deyil. Məcbur olur qapılar döyür. Bununla nə düzəldi? Türkiyədə baxın necə seriallar çəkilir? İnanın Türkiyədə seriala çəkilən aktyorların qonararını bizə versinlər, görün biz nələr yaradarıq. Bizim aktyorlar türk aktyorlardan qat-qat güclüdür. Çünki bizim aktyor məktəbimiz daha güclüdür, köklüdür. Yəni, sovet vaxtından qalan o məktəb var. Bizim tamaşaçıya nəyisə bəyəndirmək çox çətindir. Nəyə görə? Ona görə ki, bizim tamaşaçı hər şeyi o qədər görüb ki, bu gün onları təcrübləndirmək mümkün deyil".
Aysel Hacızadə

Şou Biznes       Tarix: 17 fevral 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az son xeberler sonxəbərlər son xeberler 2026 ensonxeberler