Azərbaycanda saatlıq minimum əmək haqqı rejiminin tətbiqi maaşlara necə təsir edəcək?

Azərbaycanda saatlıq minimum əmək haqqı rejiminin tətbiqi maaşlara necə təsir edəcək?Saatlıq əmək haqqı rejimi işçilərin əmək haqqının iş saatlarının sayına əsasən hesablanması sistemidir.
Bu rejim, işçinin konkret bir dövr ərzində işlədiyi saatlara görə ödəniş almasını nəzərdə tutur.
Bəs ölkəmizdə saatlıq minimum əmək haqqı rejiminin tətbiqi vətəndaşların maaşlarına necə təsir edəcək? 
Habelə Azərbaycanda aliment ödəyə bilməyənlərə güzəştlər oluna bilər.
Olunarsa, bunun mexanizmi necə olacaq? Hansı şərtlər daxilində edilə bilər?
Mövzu ilə əlaqədar azxeber.com-a açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, ölkədə saatlıq minimum əməkhaqqının tətbiqi bu sahədə şəffaflığın aparılmasına müsbət təsir göstərəcək:
Azərbaycanda saatlıq minimum əmək haqqı rejiminin tətbiqi maaşlara necə təsir edəcək?"Fikrimcə, ölkədə saatlıq minimum əməkhaqqının tətbiq edilməsi əməkhaqqının daha dəqiq hesablanmasına, diversifikasiya edilməsinə, bu sahədə şəffaflığın aparılmasına və uçotun düzgün qurulmasına müsbət təsir göstərəcək. Digər tərəfdən, düşünürəm ki, hazırlanan təkliflər nəticəsində həmin tariflərdə müəyyən dəyişikliklər edilə bilər. Bu gün Əmək Qanunvericiliyinə əsasən, aylıq əmək təxminən 176 saatdır və bu, bugünkü minimum əmək haqqıyla hesablayanda 1 saatı 1 manat 96 qəpiyə düşür. Bu baxımdan, gələcəkdə sözügedən məbləğin dəyişdirilməsi nəzərdə tutula və sahələr üzrə dəyişiklik gözlənilə bilər. 
Sözsüz ki, müəyyən hallarda müşahidə olunur ki, bəzi sahələrdə insanlar qəbul edilmiş əmək normasından artıq fəaliyyət göstərirlər. Bu, onlarda hesablama zamanı problem yaradır. Bu tip halların qarşısıni yeni tariflər, qaydalar ala bilər. 
Ekspert ölkədə aliment verənlərə tətbiq edilə biləcək mövcud güzəştlərdən də danışıb:
"Aliment məsələsi həm hüquqi, həm sosial, həm də iqtisadi bir prosesdir. Bu mənada beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Hesab edirəm ki, aliment məsələsiylə bağlı müəyyən bir fond təsis oluna bilər. Dövlət həmin fonddan aliment ödəyə bilməyən ailələrə yardımlar göstərə bilər. Bundan sonra, cavabdeh şəxslərdən həmin məbləği hansısa formada və ya icbari əməyə cəlb olunaraq tələb edə bilər. Şəksiz ki, aliment haqları ölkədə çox da böyük məbləğdə deyil. Uşaqlar üçün minimum hədd 220 manat olaraq təsdiq olundu. Düşünürəm ki, bu rəqəm elə də böyük məbləğ deyil. Bu gün əlbəttə ki, bəzi insanlar boşanandan sonra aliment ödəməyə məcbur qalırlar. Bütün bunlar planlaşdırılmalıdır, nəzərə alınmalıdır. Aydındır ki, bu həm hüquqi, həm də beynəlxalq təcrübənin tətbiqinə öz təsirini göstərməlidir".
Məsələ ilə bağlı azxeber.com-a danışan iqtisadçı ekspert Xalid Kərimli əlavə edib ki, ölkədə saatlıq minimum əməkhaqqına keçilməsi minimum əməkhaqqının artması demək deyil:
Azərbaycanda saatlıq minimum əmək haqqı rejiminin tətbiqi maaşlara necə təsir edəcək?"Ölkədə saatlıq minimum əməkhaqqına keçirilməsi minimum əməkhaqqının artırılması demək deyil. Bu tam başqa məsələlərdir. Minimum əməkhaqqının hesablama qaydasının dəyişməsi prosesidir. Hökumət minimum əməkhaqqını 2023-cü ildə 300 manatdan 345 manata qaldırdı. Bundan öncə də minimum əməkhaqqında artım müşahidə edilib. Bu rəqəm 2000-ci illərdə 3 manat 30 qəpik idi. Minimum əməkhaqqının qaldırılması üçün prezident fərman verməlidir. Hökumət təklif hazırlamalıdır, prezident də fərmanla təsdiq etməlidir. Hətta Milli Məclis də bunu qəbul etməlidir. Çünki minimum əməkhaqqı ilə əlaqədar birdəfəlik qanunlar mövcuddur. Saatlıq əməkhaqqına keçirilməsinin vətəndaşa heç bir dəxli yoxdur. Burada sadəcə hesablama qaydası dəyişir. Bəs bu niyə dəyişir? Bu, Əmək Müfəttişliyinin daha da nəzarət imkanlarının formalaşması üçün nəzərdə tutulur. Saatlıq müqavilələr ola bilər ki, burada aylıq minimum əməkhaqqı olduğuna görə orada qiymətlər tənzimlənməlidir. Bir növ nəzarət imkanlarını yaxşılaşdırmaq üçün edilir. Amma vətəndaşın əməkhaqlarına təsir etmir. Sadəcə dövlətin nəzarət imkanları artacaq. Burada əmək müqavilələri bağlananda verigələr də formalaşır. Dövlətə əsas maraqlı məsələ məhz odur. Burada vətəndaşın hüquqlarının qorunması məsələsi də olacaq".
İqtisadçı ekspert anons edərək bildirib ki, minimum əməkhaqqı yeni ildən arta bilər:
"Çox güman ki, əhalinin minimum əməkhaqqı 2025-ci ilin yanvarın 1-dən etibarən artırılacaq. Bu barədə başqa bir qərar veriləcək. Orada minimum saatlıq əməkhaqqıdan bəhs olunacaq".
İşsizlik müavinəti kimi verilir, dayanıqlı deyil. Qısa müddəti əhatə edir. Bununla əlaqədar bu günlərdə qanuna da dəyişiklik edildi. Bir az spektri genişləndirildi. Amma işsizlik müavinəti almaq üçün siz işləməlisiniz, daha sonra işsiz kimi sığorta haqqı almalısınız. İkinci məqam isə ünvanlı sosial yardımlarda da işsiz olarkən gəliriniz olmur, gəliriniz olmayanda da bu məvacibi almaq hüququnuz olmur. Bu mexanizmə dövlət dəstək verir".
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc edilib.
Azərbaycanda saatlıq minimum əmək haqqı rejiminin tətbiqi maaşlara necə təsir edəcək?

İqtisadiyyat       Tarix: 25 may 2024
f Paylaş

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla


azerbaycan xeberleri son xeberler yeni xeberler ensonxeberler en son xeberleri son xeber.az