Azərbaycanda siqarət, qəlyan və spirtli içkilərin qiyməti bahalaşır - İqtisadçı səbəbini açıqladı

Azərbaycanda siqarət, qəlyan və spirtli içkilərin qiyməti bahalaşır - İqtisadçı səbəbini açıqladı"Tütün məhsullarının, spirtli içkilərin, qəlyan kimi çeşidlərin aksiz dərəcələrinin artırılması ilə bağlı qərar bir ay öncə verilmiş qərardır. Sadəcə qərarın qüvvəyə minməsi bu günə təsadüf edir, yəni aprelin 14-dən qüvvəyə minir".
Bu sözləri azxeber.com-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
O, qeyd edib ki, bu, həmin məhsulların bazarlarda qiymətlərinin artmasına səbəb olacaq: "O ki, qaldı bunun təsirlərinə, həmin məhsulların bazarlarda qiymətinin artmasına gətirib çıxaracaq". 
Ekspertin sözlərinə görə, bu məhsullarda aksiz dərəcələrinin qaldırılması müəyyən qism insanlarda bu vərdişi tərgitməyə səbəb olacaq:
"Konkret mənim mövqeyimə gəldikdə isə, dövlət bütün məhsulların aksiz dərəcələrini aşağı sala bilməz. Bazarda idxaldan asılılıq səviyyəsinin azaldılması üçün, o cümlədən yerli tələbatın ödənilməsi üçün, eləcə də ərzaq təhlükəsizliyinin daha yaxşı təmin olunması üçün bir çox məhsullar var ki, onların aksiz dərəcələri 0-a endirilir və ya digər hissələr müəyyən qədər endirilir. Ölkənin qida təhlükəsizliyində rol oynayan bir sıra məhsullar var – buğda, un kimi qəbilədən olan məhsullar var ki, bunlarda 0-a qədər endirilmələri biz uzun illərdir ki, müşahidə edirik. Çünki bunlar ölkənin ərzaq təhlükəsizliyində rol oynayan məhsullardır. Amma siqaret, qəlyan, spirtli içki kimi məhsullar var ki, bunlar nəinki ölkənin ərzaq təhlükəsizliyində rol oynamır, əksinə, etiraf edək ki, sağlamlıq üçün ciddi zərər verən, tövsiyə edilməyən məhsullardır. İnsanlar bu zərərli vərdişlərə aludə olduqları üçün bundan istifadə edirlər. Aksiz dərəcələrinin qaldırılması təbii olaraq müəyyən qisim insanlarda bu vərdişi tərgitməyə səbəb olacaq. Bəli, elə insanlar da olacaq ki, bahalaşma ilə o, bu vərdişləri tərgitməyəcək. Nə içkini, nə də siqareti".
Azərbaycanda siqarət, qəlyan və spirtli içkilərin qiyməti bahalaşır - İqtisadçı səbəbini açıqladıEldəniz Əmirovun sözlərinə görə, elə məhsullar var ki, onların aksiz dərəcələri endirildikdə, digər bir qismin də artırılmasına  ehtiyac var:
"Ümumi konteksdə bütün aksiz dərəcələrini aşağı salmaq olmaz, yəni biri aşağı salınırsa, balansın qorunması, gömrük yığımlarının plana uyğun tənzimlənməsi, ölkəyə, büdcəyə daxilolmaların optimallaşdırılması üçün mütləq şəkildə elə məhsullar var ki, onların aksiz dərəcələri endirildikdə, digər bir qismin də artırılmasına  ehtiyac var. Bu, maddi təminat baxımından, insanların pis vərdişlərdən uzaq tutulması baxımından və digər aspektlərdən və idxal zamanı baha formalaşan məhsulların yerli istehsalının təşkil olunmasının stimullaşdırılması baxımından bu tip addımların faydaları var. Bir daha təkrar edirəm, təbii olaraq qiymət artımları müşahidə ediləcək, bu məhsullardan istifadəni tərgizə bilməyən insanlardan daha çox xərc tələb olunacaq".
Aydın Nuri

Sosial       Tarix: 14 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberlər sonxəbər ən son xəbərlər kriminal xeberler