Azərbaycanda sosial şəbəkələrlə bağlı qanunun qəbul olunmasına ehtiyac var' - Deputat
Xəbər verdiyimiz kimi, Türkiyədə internet mediada yalan və dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı qanunun tələbləri sərtləşdirilib.
Yeni qanuna əsasən, təşviş, qorxu və çaxnaşma yaratmaq məqsədilə çaşdırıcı məlumat yayanları həbs cəzası gözləyir. Bununla yanaşı, internet saytlarına bir sıra yeni qaydalar da tətbiq olunub.
Bəs Azərbaycanda sosial şəbəkələr haqda qanuna ehtiyac varmı?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar İsgəndərov azxeber.com-a danışıb:
Deputat bildirib ki, sosial şəbəkələr cəmiyyətin güzgüsü rolunu oynayır:
"Hazırda dünya çox sürətlə dəyişir və bu dəyişiklik prizmasından baxanda informasiyanın sürətlə alınıb ötürülməsi saytların, sosial şəbəkələrin üzərinə düşür. Bilirrik ki, xəbər saytları, agentliklərin fəaliyyəti konkret media haqqında qanunda tənzimlənir. Sosial şəbəkələrlə bağlı isə bunu deyə bilmirik. Cəmiyyətimiz rəngarəng insanlarla, toplumlarla zəngindir və insanların sosial şəbəkələrdə olması, burada məlumatları alması, ötürməsi, hansısa bir fikirləri paylaşması bu gün müasir dövrümüzün reallıqlarıdır. Həqiqətən də sosial şəbəkələr hətta cəmiyyətin güzgüsü rolunu öz üzərinə götürüb".
Deputat əlavə edib ki, sosial şəbəkələr vasitəsilə xeyirli məlumatlar da əldə etmək mümkündür:
"Digər tərəfdən mən buna bir bıçaq kimi baxıram. Yəni, qatilin əlində insanı öldürən bıçaq həkimin əlində insanı həyata qaytara bilər. Əsas odur ki, bıçaq kimin əlindədir. Sosial şəbəkələr də belədir. Oradan istifadəni kim hansı məqsədlə edir, sosial şəbəkələrdə çox xeyirli məlumatlar ötürmək olar. Cəmiyyəti məlumatlandırmaq olar. Əksinə, oradan hansısa terrorçuluq, yad təriqətlərin təbliği, digər psixotrop maddələrin təbliği, satışı bu günün reallıqlarıdır. Biz hamımız bunları görürük. Əlbəttə, əsas budur ki, həmin klaviaturanın arxasında olan insan kimdir? Hansı məqsədlə bunu edir?".
Vüqar İsgəndərov Türkiyə və digər ölkələrdə qəbul edilmiş media haqqında qanunların effektivliyindən də danışıb:
"Hazırda böyük əksəriyyətimiz sosial şəbəkələrdə aktivik. Buradan həm məlumatlar paylaşırıq, həm də məlumat əldə edirik. Baş verən hadisələri sosial şəbəkələr vasitəsilə görürük. Lakin, Almaniyada, qardaş Türkiyədə artıq sosial şəbəkələrin fəaliyyətinin təzələnməsi ilə bağlı konkret qanunlar qəbul olunub və öz effektini də verir. İnsanın məqsədi aydındırsa, məqsədində insan üçün, bəşəriyyət üçün zərərli nə isə yoxdursa, sosial şəbəkədə niyə anonim fəaliyyət göstərməlidir, niyə oradan gizli formada qeydiyyatdan keçməlidir?".
Millət vəkili Azərbaycanda da bu qanunun gələcəkdə qəbul edilməsini doğru hesab edir:
"Düşünürəm ki, gələcəkdə bizdə bu məsələyə baxıla bilər. Burda hansısa bir tənzimləmələr olmalıdır. Təbii ki, insanlar hüquqları pozulmadan, azad fikrə toxunmadan, Azərbaycanda sosial şəbəkələrlə bağlı qanunun qəbul olunmasına ehtiyac var. Bu da zamanın tələbidir. Yeni çağırışlar var, qarşımızda duran məqsədlər var və biz bu məqsədlərimizə çatmaq üçün cəmiyyətimiz bütün sahələrdə, hərtərəfli insanlarımız informasiya almalıdır, ötürməlidir, daşıyıcısı olmalıdır. Sosial şəbəkələrdən sərbəst, azad şəkildə istifadə etməlidir, Amma, digər zərərli məsələlərin qarşısının alınması üçün bu və başqa formada qanunun qəbul olunmasına da ehtiyac var".
Mikayıl Mirzəzadə

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü