Azərbaycanda taxıl, buğda, arpa yığımının həcmləri açıqlandı
Hazırda sahələrdən 1 milyon 700 min ton taxıl, 793 min ton buğda, 910 min ton arpa yığılıb.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov deyib.
Onun sözlərinə görə, taxılçılıq kənd təsərrüfatının ərzaq təhlükəsizliyi baxımından vacib sahəsidir:
"Ölkədə hazırda taxıl biçini davam edir, cari ilin məhsulu üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb, bunların 600 min hektara yaxın buğda, 400 min hektara yaxın isə arpa əkinləri təşkil edir. Hazırda biçin davam edir, demək olar ki, ümumi taxıl sahəsində təxminən 58 %-ində biçin aparılıb, 570 min hektar biçilib, 1 milyon 700 min ton məhsul istehsal edilib, taxıldan orta məhsuldarlıq 29,9 sentner təşkil edir".
Bununla yanaşı 250 min hektar sahədə buğda biçin aparılıb, İ.Cümşüdov davam edib.
"Ümumi biçiləcək sahə 570 min hektardır. Ümumilikdə, buğda sahələrinin 44 %-ində biçin başa çatıb və 793 min ton məhsul istehsal edilib. Buğdanın məhsuldarlığı 31,9 sentner təşkil edir. Bu, göstərir ki, tarlada məhsul boldur".
O əlavə edib ki, ölkə üzrə 394 min hektar ərazidə arpa əkinləri aparılıb: "Artıq həmin ərazilərin 81 %-i biçilib: "Hektardan məhsuldarlıq 28,4 sentner təşkil edir, 910 min ton arpa məhsulu biçilib və tədarük edilib".
/konkret.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var