Azərbaycanda tibbi maska qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Azərbaycanda tibbi maska qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
"Koronavirus gözlənilməyən bəladır. Dövlət də hər bir addımı atır ki, bunun qarşısı alınsın. Bu elə bir bəladır ki, özü ilə başqa bir problemi gətirir. Çox qorxuducu məqamdır".
Oxu.Az-ın məlumatına görə, bunu Real TV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bu günləri az ağrılı keçirmək üçün maliyyə imkanlarımız var:
"Dövlət bu məsələ ilə bağlı hər şey edir və edəcək də. Prezident İlham Əliyevin koronavirus pandemiyası il bağlı imzaladığı sərəncamında əsas məqam odur ki, həm insanların təhlükəsizliyi təmin olunmalı, həm də mümkün qədər iqtisadi fəaliyyət olmalıdır.
Eyni zamanda, sosial layihələr dayanmamalı, iqtisadiyyatın əziyyət çəkən sektorlarının itkiləri minimallaşdırılmalı və dəstək verilməlidir".
İ.Məmmədov qeyd edib ki, yaxın günlərdə sosial məsələlərlə də bağlı qərar açıqlanacaq.
Qurumun rəsmisi tibbi maskaların çatışmazlığından da danışıb. O bildirib ki, Azərbaycanda tibbi maska qıtlığı var:
"Maska yoxdur" demək doğru deyil. Tibbi maska qıtlığı bütün dünyada var. Çünki hazırda maskaya tələbat yüksəkdir".
İlhamə Əbülfət
f Paylaş
Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var