Azərbaycanda tikilən yeni binalar norma və tələblərə uyğundur' - Deputat zəlzələdən danışdı
"Azərbaycanda binaların zəlzələyə tab gətirməsi üçün müvafiq orqanlar ciddi düşünməlidirlər" - Deputat zəlzələdən danışdı
Xəbər verdiyimiz kimi, iyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
azxeber.com zəlzələ ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayevin münasibətini öyrənib. Deputat deyib ki, heç bir dövlət zəlzələdən siğortalanmayıb:
"Təbii fəlakətlərin baş verməsini heç bir insan arzulamaz. Çünki bu dağıntılara, kütləvi ölümlərə səbəb olur. Baş vermiş zəlzələlər ölkələrin iqtisadiyyatı üçün çox faciəvi bir haldır. Çox şükürlər olsun ki, zəlzələ bizdən dağıntısız, xəsarətsiz ötüşdü. Türkiyədə baş verən zəlzələ bir daha göstərdi ki, heç bir dövlət bu fəlakətdən sığortalanmayıb.
Deputat deyib ki, zəlzələdən sonra arxayınlaşmaq olmaz, daha ciddi nəzarət işləri aparılmalıdır:
"Dünən gecə saatlarında Azərbaycanda baş verən zəlzələ sözsüz ki, insanlarımızda təlaş yaradıb. Ancaq bununla yanaşı qabaqlayıcı tədbirlər görülməlidir.
Sözsüz ki, binaların möhkəm inşa olunması yüksək ballı zəlzələlərə tab gətirməsi üçün müvafiq orqanlar və tikinti ilə məşğul olan şirkətlər ciddi düşünməlidirlər".
Tahir Rzayev Azərbaycanda binaların zəlzələyə davamlı olması məsələsinə də münasibət bildirib:
"Azərbaycanda son illər çoxsaylı binalar tikilib. Dəqiq nəsə demək üçün onların keyfiyyəti araşdırılmalı, vəziyyəti təhlil etmək lazımdır. Ancaq deyə bilərəm ki, tikilən yeni binalar norma və tələblərə uyğundur. Müəyyən standartlar gözlənilib. Baş vermiş zəlzələ hadisəsi zamanı istər köhnə, istər təzə binalarda təhlükənin yaranmaması bunu deməyə əsas verir. Sözsüz hər kəsə aydındır ki, tikinti prosesində müəyyən nöqsanlar var. Tikinti ilə məşğul olan sahibkarlar insanların taleyini və özlərinin taleyi barədə düşünməlidirlər. Çünki bu ciddi məsuliyyətdir. Türkiyədə baş verən zəlzələdən sonra tikinti ilə məşğul olan sahibkarların həbs olunması, onlar haqqında ciddi tədbirlərin görülməsi buna sübutdur. Bundan sonra da zəlzələnin təhlükəsiz ötüşməsi üçün istər, dövlət istər vətəndaşlar ciddi düşünüb, məsuliyyətlərini hiss etməlidirlər".
Şəbnəm Zahir

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi