Azərbaycanda Turizm Reyestri istifadəyə verilib - FOTO
Azərbaycanda Turizm Reyestri istifadəyə verilib - FOTO
"Son illər ölkədə sənaye tənzimlənməsi istiqamətində bir sıra tədbirlər görülür. Turizm sektorunda bir müddətdir üzərində işlədiyimiz Turizm İnformasiya Sistemi artıq ictimaiyyətə təqdim edildi".
Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Turizm İnformasiya Sisteminin təqdimat mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu sistem xidmət keyfiyyətinin artırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edəcək:
"Turizm İnformasiya Sistemi turizm sənayesi subyektlərinin qeydiyyatını və təsnifatını aparmaq, keyfiyyət nişanlarını təqdim etmək və reytinq qiymətləndirilməsini həyata keçirmək üçün nəzərdə tutulub. Turizm Reyestri vasitəsilə ilkin mərhələdə turizm agentliklərinin, bələdçilərinin qeydiyyat və təsnifatı aparılır. Eyni zamanda, turizm sənayesinə açıq və keyfiyyətli xidmət, rəqəmsal xidmət nişanlarının əldə edilməsi üçün imkan yaradılır. Açıq və keyfiyyətli xidmət nişanları alan sənaye subyektləri "B" kateqoriyası, onlarla yanaşı, "rəqəmsal xidmət" nişanı alan sənaye subyektləri isə "A" kateqoriyası əldə edəcəklər".
F.Nağıyev onu da əlavə edib ki, bu nişanları əldə etmək üçün müvafiq meyarlar təyin edilib və turizm sənayesi nümayəndələri ilə görüşlər keçirilib:
"Meyarların hazırlanması zamanı turizm sənayesi subyektlərinin fikirləri, təklifləri də nəzərə alınıb. Bu layihənin uğurlu icrası ölkədə turizm sənayesinin yüksək inkişafına, reytinq qiymətləndirilməsinin aparılmasına imkan verəcək. Bu da gələcəkdə turizm sektorunda reytinq hesablanmasının daha rahat və obyektiv aparılmasına imkan verəcək.
Onu da qeyd edim ki, Turizm Reyestrində qeydiyyatdan keçib müvafiq olaraq "A" və "B" kateqoriyaları əldə etmək insanlarla daha etibarlı əlaqə qurmağa da imkan yaradacaq. Bütün sənaye subyektlərini qeydiyyatdan keçərək ilkin mərhələdə "B" kateqoriyası almağa dəvət edirəm".





Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
Kurslar.az kurslar [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu