Azərbaycanda turizm sektoru yeni il bayramı ərəfəsində: Bölgələrdə bayram kampaniyaları və qiymətlər

Azərbaycanda turizm sektoru yeni il bayramı ərəfəsində: Bölgələrdə bayram kampaniyaları və qiymətlərAzərbaycanda turizm sektoru yeni il bayramı ərəfəsində: Bölgələrdə bayram kampaniyaları və qiymətlər
Hər il Yeni il bayramı ərəfəsində Azərbaycanın turizm sektorunda canlanma yaşanır. Yerli turistlər bayramı bölgələrdə keçirmək üçün səfərlər planlaşdırır, xarici turistlər ölkəmizə gəlmək üçün turpaketlər alırlar.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi "Report"a açıqlamasında bu il yeni il bayramı ərəfəsində turizm sektorundakı vəziyyətdən danışıb.
Daxili turistlərin sayı hər il artır
Onun sözlərinə görə, Yeni il bayramı günləri qeyri-iş günləri olur və bir qədər uzun sürən dövrü əhatə edir:
"Bayram ərəfəsində ölkədə turizm fəaliyyətləri canlanır. Lakin bu il ötən illə müqayisədə daxili turizm bazarında yeni təkliflər müşahidə olunmur. Demək olar ki, istehlakçı kütləsi də bir o qədər dəyişməyib. Daxili turistlərin sayı ildən-ilə artır. Bu, bir neçə amillə izah olunur. Bunlar qonşu ölkələrlə quru sərhədlərimizin bağlı olması, dünya turizm bazarlarında bahalaşma və digər səbəblərdir".
Daha kreativ təkliflər olmalıdır
O bildirib ki, yerli turizm bazarında müxtəlif yeni il proqramları, turlar, əyləncələr təklif edilsə də, onların çeşidi məhduddur:
"Bu sahədə yeni, kreativ, daha maraqlı və təfərrüatlı təklifləri görmürük. İldən-ilə təkliflər təkrarlanır. Vətəndaşların və turizm şirkətlərinin hotellərin qiymətlərindən və təkliflərindən şikayət etdiklərini görürük. Xüsusilə bu şikayətlər bayramlar, tətillər və tədbirlər ərəfəsində üzə çıxır. Bu sahədə bəzi anlaşılmazlıqlar və boşluqlar belə şikayətlərə səbəb olur. Vətəndaşlarımızın əksəriyyəti regionlarda yüksək komfortlu, geniş infrastrukturlu, bir sıra əlavə xidmətləri təklif edən beşulduzlu hotel və mehmanxana komplekslərində qalmağa üstünlük verirlər. Bu halda belə yerləşmə vasitələrinin qiymətlərindən razı olmurlar. Yəni beşulduzlu hotelin xidmətlərini üçulduzlu və ya daha aşağıkomfortlu hotelin qiymətlərinə almaq arzusunda olurlar. Bu isə qəribədir".
Yerli biznesləri qorumalıyıq
S.Dübəndi yerli turizm şirkətlərinin də hotellərin onlara təklif etdikləri qiymətlərdən gileyləndiyini qeyd edib:
"Bəzi hallarda deyirlər ki, "booking.com" və digər aqreqatorlarda qiymətlər onlara təklif ediləndən daha ucuz olur. Bəzən turizm şirkətləri xarici turizm şirkətlərinə hotellərin verdikləri qiymət təkliflərinin yerli turizm şirkətlərinə verilən qiymət təklifindən daha aşağı olduğunu deyirlər. Biz yerli bizneslərin mənafeyini qorumalıyıq. Amma bu, o demək deyil ki, xarici turizm şirkətinin yerli hotel üçün iqtisadi cəhətdən daha sərfəli təkliflərindən imtina edilməlidir. Düşünürəm ki, yerli turizm şirkətlərinin turizm fəaliyyətlərinin, potensiallarının gücləndirilməsi ilə daha ciddi məşğul olmalıyıq. Buna brendləşmə, maarifləndirmə, təlimlər, ixtisaslaşmış kreditlər, subsidiyalar, vergi imtiyazları və digər sosial-iqtisadi alətlər vasitəsilə nail olmaq mümkündür".
Assosiasiya rəhbəri hesab efir ki, ümumilikdə turizm sənayesi pandemiyadan sonrakı dövrdə bərpa prosesini keçir:
"Gəlmə turizmi üzrə ötən illə müqayisədə yüksək inkişaf dinamikası yaşanır. 2018-2022-ci illər ərzində ölkədə yerləşdirmə vasitələrinin sayı 85 müəssisə artaraq 727-yə çatıb".
Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev deyib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması yerli turistlərin regionlara daha çox üz tutmasına səbəb olur.
Ölkədə hotel qiymətləri normal səviyyədədir
Onun sözlərinə görə, son illər Azərbaycanda əlavə hotellərin tikilməsi də yerləşdirmə sahəsindəki çətinlikləri müəyyən qədər aradan qaldırıb:
"Yaxın illərdə də ölkədə əlavə hotellərin tikilməsi nəzərdə tutulur. İnvestorlar bu sahəyə böyük maraq göstərir. Bu gün bölgələrdəki hotellərdə qiymətlərin normal olduğunu demək olar. Başqa ölkələrdə də əlamətdar günlərdə tələb təklifi üstələdiyi üçün kəskin qiymət artımları olur. Bizdə qiymətlər o qədər də baha deyil".
R.Quliyev bildirib ki, Quba-Qusar bölgəsində beşulduzlu hotellərin qiyməti bir nəfər üçün 150-250 manat arasında dəyişir, dördulduzlu hotellərdə qiymətlər 80-150 manat, üçulduzlu hotellərdə 40-80 manatdır. Zaqatala-Qax-Balakən bölgəsində beşulduzlu hotellərdə bir nəfərlik otağın qiyməti 150-200 manat, dördulduzlu hotellərdə 50-100 manat, üçulduzlu hotellərdə 40-60 manat arasındadır. Ekspertin sözlərinə görə, Ismayıllı-Qəbələ-Şamaxı istiqamətindəki hotellərdə digər regionlarla müqayisədə qiymət artımı bir qədər çoxdur:
"Burada beşulduzlu hotellərdə bir nəfər üçün otaq qiyməti 200-300 manat, dördulduzlu hotellərdə 100-200 manat, üçulduzlu hotellərdə 70-100 manatdır. Bu qiymətlərə səhər yeməyi də daxildir".
O vurğulayıb ki, bəzi hotellər bayram paketləri satır. Bu paketlərin qiyməti bir nəfər üçün 1 250 manatdır:
"Qiymətə yeni il gecəsində şam yeməyi və üç gün ərzində səhər yeməyi daxildir. Qəbələ, İsmayıllı, Şamaxıda olan hotellərdə bu qiymət 1400-1450 manatdır".
Rekord rəqəmlərə çata bilərik
"Hər il olduğu kimi bu il də bayramı keçirmək üçün Azərbaycana daha çox Rusiyadan turist gələcək. Çünki orda yaşayan soydaşlarımız da bayramı keçirmək üçün vətənə üz tuturlar. Ərəb ölkələrindən də gələn turistlər var. Hesab edirəm ki, Azərbaycana gələn turistlərə individual yanaşma etsək, yaxın beş ildə rekord rəqəmlər əldə edəcəyik".
R.Quliyev əlavə edib ki, Azərbaycanda yeni turizm destinasiyaları yaradılıb:
"İşğaldan azad edilən ərazilərimiz turizm üzrə böyük potensiala sahibdir. Bu ərazilərdə hava limanlarının fəaliyyət göstərməsi bölgəyə gələcəkdə turist axınına səbəb olacaq".

Turizm       Tarix: 11 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib. Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edib.  xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliy

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd


yeni xeberler azerbaycan xeberleri son xeberler dunya xeberleri son xeber az son xeberler bugun 2026 canli kriminal bugun