"Azərbaycanda Türkiyə hərbi bazasının açılması istiqamətində işlər aparmalıyıq" - ÖZƏL

"Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri ilk növbədə Cənubi Qafqazda hər iki ölkənin hərbi-siyasi mövqeyini gücləndirir. Bu təlimlər ikitərəfli müqavilələr əsasında keçirilir".
KONKRET.azüçün özəl olaraq bu sözləri deyən politoloq Məhəmməd Əsədullazadə Azərbaycanın Türkiyə ilə keçirdiyi birgə təlimlərin İranı narahat etdiyini açıqlayıb:
"İran Cənubi Qafqazda Türkiyənin artan hərbi-siyasi mövqeyini qısqanclıqla qarşılayır. Onlar da artıq Arazın o tayında Azərbaycan sərhədlərinə yaxın SEPAH-ın təlimlərini keçirir. Düşünürəm ki, Azərbaycanın birgə hərbi təlimləri heç də üçüncü ölkələrə qarşı çevrilməyib. Bu sadəcə Azərbaycanın təhlükəsizliyi, ərazi bütövlüyünün qorunmasına xidmət edir. Bu xüsusda İranın narahatlığı qəbuledilməzdir".
Siyasi ekspertin fikrincə, Ermənistan ilə Rusiya da Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən narahat olur. Bu təlimlərə Azərbaycan-NATO təlimləri kimi də baxmaq olar:
"Çünki Türkiyə NATO-da ikinci ən böyük orduya malik ölkədir. Cənub cinahında əsas yer tutur və bu xüsusda Türkiyə-Azərbaycan hərbi təlimlərinin mütəmadi keçirilməsi həm şimal, həm də cənub qonşumuzu narahat edir. Buna baxmayaraq, belə narahatlıqlara əhəmiyyət verməməliyik. Hətta Türkiyənin Azərbaycanda hərbi bazasının açılması istiqamətində işlər aparmalıyıq. Hərbi doktrinada dəyişikliklər olmalıdır. Çünki geosiyasi reallıq bunu tələb edir. Artıq dünya nizamı dəyişir. Şərqi Avropa və Cənubi Qafqazda siyasi-hərbi yerdəyişmələr baş verir".
Məhəmməd Əsədullazadə bildirib ki, bütün bunların fonunda Azərbaycanın da təhlükəsizliyi təmin olunmalıdır. Belə olan halda isə, Türkiyə ilə hərbi təlimlər intensivləşdirilməlidir.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 18 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son məlumatlar kriminal bugun xəbər az zelzele