Azərbaycanda unun qiyməti BAHALAŞIB?

Azərbaycanda unun qiyməti BAHALAŞIB?Dünəndən sosial şəbəkələrdə Azərbaycanda unun qiymətinin qalxması ilə bağlı məlumatlar yayılır. Hətta bəzi mağazaların un satışını dayandırdığı qeyd edilir. Bakıda fəaliyyət göstərən marketlərdə isə günün birinci yarısına qədər çörəyin qiymətinin qalxması müşahidə edilməyib.
KONKRET.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu məsələ ictimai şəxslər arasında müzakirə mövzusuna çevrilib və bahalaşma ilə bağlı müəyyən şərhlər verilib.
Unun qiyməti dövlət tərəfindən tənzimlənmədiyi üçün sahibkarlar bunu xarici amillərlə əlaqələndirirlər. Bu prosesdə Tarif Şurası qərar vermir. Son aylarda dünya bazarında taxılın qiymətinin kəskin artımı beynəlxalq iqtisadçıların da diqqət mərkəzində idi. Bu gedişata əsasən bir müddətdir ki, dünya bazarında prosesin Azərbaycana təsir edəcəyi, unun qiymətinin artacağı proqnozlaşdırılırdı.
Azərbaycan dövləti son illərdə mütəmadi olaraq sahibkarlara dövlət büdcəsindən subsidiyalar ayırmaqla unun qiymətinin qalxmamasına dəstək olub.
BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, son dövlərdə bir sıra ölkələrdə taxılın qiyməti 30-50 faiz bahalaşıb.
Mövzu ilə bağlı iqtisadçı-jurnalist Dünya Sakit bildirib ki, Azərbaycanda unun qiyməti bahalaşması gözlənilən idi: "Dünya bazarında taxılın qiyməti kəlləçarxa çıxıb. Azərbaycan dövləti artıq neçə ildir daxildə çörəyin, unun qiymətinin artmaması üçün buğda idxalını, un və çörək satışını ƏDV-dən azad edib. Keçən ilin fevralından isə un istehsalçılarına subsidiya verilir. Belə demək mümkünsə, artıq dövlətin əlindəki vergi-subsidiya dəstəyi alətləri tükənib. Buğda idxalçısı, un istehsalçısı, çörək və un satıcılarına yönəlik güzəşt və subsidiyaların illik həcmi 400 milyon manatdan çoxdur".
İqtisadçı ekspert Qubad İbadoğlu isə qeyd edib ki, əslində qiyməti pərakəndə satıcılar deyil, topdan satış mağazaları və idxalatçı şirkətlər qaldırır: "Bu artımın bir hissəsini Rusiyada taxıla tətbiq edilən ixrac rüsumdan qaynaqlanır. Unun topdansatış qiymətinin bahalaşması un və un məmulatlarının, o sıradan da çörəyin pərakəndə satış qiymətini bahalaşdırır".
2020-ci ilin martından başlayaraq hökumət buğda təchizatı ilə məşğul olan şirkətlərə 12 ay ərzində 6,2 milyon manat subsidiya ayırıb. Hansı ki, bu subsidiya 58,2 milyon manat həcmində kreditə əlavə edilib. Məqsəd ölkədə kifayət qədər həcmdə strateji taxıl ehtiyatı yaratmaq olub.
Sonra ərzaq buğdası təchizatçılarına subsidiyaların ödənilməsi müddəti 12 aydan 24 aya qədər artırıldı. Əlavə olaraq göstərilən müddət ərzində həmin təchizatçılara kreditlər üzrə faiz qismində daha 7,3 milyon manatın ayrılmasına qərar verildi. Qiymətlərin artmasının qarşısını almaq üçün buğda idxalı və satışının, buğda ununun istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü il yanvarın 1-nə qədər uzadıldı. Ərzaq buğdasının və unun ixracını əngəlləmək üçün isə hər ton un və buğdanın ixracına 200 dollar həcmində ixrac rüsumu tətbiq edildi. Müqayisə üçün qeyd edək ki, Rusiyada bu rüsum 100 dollardan aşağıdır. Lakin təəssüf ki, hətta bu tədbirlər də buğdanın qiymətinin qlobal miqyasda artmasından irəli gələn bahalaşmanın qarşısını almaq üçün kifayət etmir.

Sosial       Tarix: 03 yanvar 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sürücülərin nəzərinə: Sabahdan Bakının bu mərkəzi küçəsi bağlanır

Sabah Bakının Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işlərinə başlanılacaq. Bu barədə -a Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məluma

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

Bakıda bu yollar 3 günlük bağlanacaq

Bakıda bu yollar bağlanacaq. AAYDA-dan -a bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlanm

Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik

"İnstaqram" platforması istifadəçilər üçün yeni funksiyalar hazırlayır. xəbər verir ki, platformanın rəhbəri Adam Mosserinin sözlərinə görə, yeniliklər sayəsində istifadəçilər qarşılarına çıxan tövsiyə olunan videolar

"Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək

İyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təhsil sisteminin rəqəmsal transformasiyası əsas müzakirə mövzularında

Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı

Dünyanın aparıcı banklarından olan "HSBC" ABŞ dollarının qarşıdakı dövrdə daha da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib. Bankın analitikləri hesab edirlər ki, ABŞ Mərkəzi Bankı (FED) sərt pul-kredit siyasətin

Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq

"İstənilən qida məhsulu fermer təsərrüfatından istehlakçıya çatana qədər "soyuq zəncir" prinsipi ilə daşınmalı və saxlanmalıdır. Bu prinsip pozulduqda qida artıq çirklənmiş və təhlükəli hesab olunur. Azərbayca

"Azərişığ"ın əməkdaşını cərəyan vurub öldürdü

Ağcabədidə "Azərişığ"ın 24 yaşlı əməkdaşı elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə rayon ərazisində keçmiş məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə qeydə alınıb. Belə ki, rayonun 2002-ci il təvəllüdl

Dollar güclənir: Azərbaycan manatının devalvasiya riski var?

Son aylarda ABŞ dollarının qlobal bazarlarda möhkəmlənməsi bir sıra ölkələrin milli valyutalarına təzyiqi artırıb. Bu proses fonunda Azərbaycanda da manatın gələcək taleyi və mümkün devalvasiya ehtimalı ilə bağlı müzakirələ


son xeberler azerbaycan xeberleri yeni xeberler cebheden xeber sosial yardim en son xeber metbuat