Azərbaycanda unun qiyməti bahalaşıb?

Azərbaycanda unun qiyməti bahalaşıb?Dünəndən sosial şəbəkələrdə Azərbaycanda unun qiymətinin qalxması ilə bağlı məlumatlar yayılır. Hətta bəzi mağazaların un satışını dayandırdığı qeyd edilir. Bakıda fəaliyyət göstərən marketlərdə isə günün birinci yarısına qədər çörəyin qiymətinin qalxması müşahidə edilməyib.
Azxeber.com xəbər verir ki, bu məsələ ictimai şəxslər arasında müzakirə mövzusuna çevrilib və bahalaşma ilə bağlı müəyyən şərhlər verilib.
Unun qiyməti dövlət tərəfindən tənzimlənmədiyi üçün sahibkarlar bunu xarici amillərlə əlaqələndirirlər. Bu prosesdə Tarif Şurası qərar vermir. Son aylarda dünya bazarında taxılın qiymətinin kəskin artımı beynəlxalq iqtisadçıların da diqqət mərkəzində idi. Bu gedişata əsasən bir müddətdir ki, dünya bazarında prosesin Azərbaycana təsir edəcəyi, unun qiymətinin artacağı proqnozlaşdırılırdı.
Azərbaycan dövləti son illərdə mütəmadi olaraq sahibkarlara dövlət büdcəsindən subsidiyalar ayırmaqla unun qiymətinin qalxmamasına dəstək olub.
BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, son dövlərdə bir sıra ölkələrdə taxılın qiyməti 30-50 faiz bahalaşıb.
Mövzu ilə bağlı iqtisadçı-jurnalist Dünya Sakit bildirib ki, Azərbaycanda unun qiyməti bahalaşması gözlənilən idi: "Dünya bazarında taxılın qiyməti kəlləçarxa çıxıb. Azərbaycan dövləti artıq neçə ildir daxildə çörəyin, unun qiymətinin artmaması üçün buğda idxalını, un və çörək satışını ƏDV-dən azad edib. Keçən ilin fevralından isə un istehsalçılarına subsidiya verilir. Belə demək mümkünsə, artıq dövlətin əlindəki vergi-subsidiya dəstəyi alətləri tükənib. Buğda idxalçısı, un istehsalçısı, çörək və un satıcılarına yönəlik güzəşt və subsidiyaların illik həcmi 400 milyon manatdan çoxdur".
İqtisadçı ekspert Qubad İbadoğlu isə qeyd edib ki, əslində qiyməti pərakəndə satıcılar deyil, topdan satış mağazaları və idxalatçı şirkətlər qaldırır: "Bu artımın bir hissəsini Rusiyada taxıla tətbiq edilən ixrac rüsumdan qaynaqlanır. Unun topdansatış qiymətinin bahalaşması un və un məmulatlarının, o sıradan da çörəyin pərakəndə satış qiymətini bahalaşdırır".
Virtualaz.org qeyd edir ki, 2020-ci ilin martından başlayaraq hökumət buğda təchizatı ilə məşğul olan şirkətlərə 12 ay ərzində 6,2 milyon manat subsidiya ayırıb. Hansı ki, bu subsidiya  58,2 milyon manat həcmində kreditə əlavə edilib. Məqsəd ölkədə kifayət qədər həcmdə strateji taxıl ehtiyatı yaratmaq olub.
Sonra ərzaq buğdası təchizatçılarına subsidiyaların ödənilməsi müddəti 12 aydan 24 aya qədər artırıldı. Əlavə olaraq göstərilən müddət ərzində həmin təchizatçılara kreditlər üzrə faiz qismində daha 7,3 milyon manatın ayrılmasına qərar verildi. Qiymətlərin artmasının qarşısını almaq üçün buğda idxalı və satışının, buğda ununun istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü il yanvarın 1-nə qədər uzadıldı. Ərzaq buğdasının və unun ixracını əngəlləmək üçün isə hər ton un və buğdanın ixracına 200 dollar həcmində ixrac rüsumu tətbiq edildi. Müqayisə üçün qeyd edək ki, Rusiyada bu rüsum 100 dollardan aşağıdır. Lakin təəssüf ki, hətta bu tədbirlər də buğdanın qiymətinin qlobal miqyasda artmasından irəli gələn bahalaşmanın qarşısını almaq üçün kifayət etmir.

Sosial       Tarix: 04 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim sonxabar xəbərlər.com