Azərbaycanda varlı, kasıb və orta təbəqənin sayı AÇIQLANDI
Azərbaycanda 19,2 min ailə zəruri xərclərini ödəyə bilməkdə böyük çətinlik çəkir.
KNKRET.az xəbər verir ki, belə bir məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Məlumatda bildirilir ki, ev təsərrüfatlarının orta gəlirlərinin ev təsərrüfatlarının zəruri xərclərini ödəyə bilmə imkanları ilə bağlı sorğu aparılıb. Aparılan sorğunun nəticəsinə əsasən müəyyən edilib ki, Azərbaycanda ümumi ev təsərrüfatlarının 0,8%-i zəruri xərclərini ödəyə bilməkdə böyük çətinlik çəkirlər.
Azərbaycanda təxminən 2 milyon 401 min ev təsərrüfatının olduğunu və hər bir ev təsərrüfatının payına orta hesabla 4,23 nəfər düşdüyünü nəzərə alsaq, o zaman 81,2 min nəfərin öz ehtiyaclarını qarşılamaqda böyük çətinlik çəkdiyi məlum olur.
Bunlardan başqa zəruri xərclərini ödəyə bilməkdə çətinlik çəkən ev təsərrüfatlarının ümumi ev təsərrüfatlarındakı payı 4,2% olub. Bu isə o deməkdir ki, ölkədə 101 min ailə və ya 424 min nəfər öz zəruri ehtiyaclarını qarşılamaqda çətinlik çəkir.
475 min ailənin və yaxud təxminən 2 milyon insanın isə zəruri ehtiyaclarını qarşılamaqda bəzi çətinliklərinin olduğu bildirilir.
Azərbaycanda ailələrin 70,1%-i (1 milyon 681 ailə) və ya təxminən 7 milyon insan öz zəruri ehtiyaclarını asanlıqla qarşılayır.
Ailələrin yalnız 5%-nin zəruri ehtiyaclarını çox asanlıqla qarşıladığı bildirilir. Üümumi ev təsərrüfatlarının 5%-i isə təxminən 500 min insan deməkdir. / konkret.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi