Azərbaycanda xəstəxananın vəzifəli əməkdaşı döyüldü - FOTO

Azərbaycanda xəstəxananın vəzifəli əməkdaşı döyüldü - FOTOFüzuli Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı, xəstəxananın katibliyinin bölmə müdiri Vüqar Əliyev döyülüb.
KONKRET.az xəbər verir ki, bu barədə V.Əliyev özü məlumat verib.
O qeyd edib ki, ötən gün, mayın 5-də saat 16 radələrində üç nəfər şəxs xidməti otağında onu təhqir edərək döyüblər:
"Belə ki, müvafiq əmrlə yaş həddinə görə işdən çıxarılan kənd məntəqəsində feldşer işləyən 72 yaşlı Oktay Əliyevin qohumları buna etiraz ediblər. Onlara izah etdim ki, bu, mənim səlahiyyətimə aid olan məsələ deyil. Müvafiq qanunvericiliklə yaş həddinə görə işinə xitam verilib. Hələ üç il bundan əvvəl onun yaşa görə işdən çıxmalı olsa da, müqavilə əsasında əməkdaşlığımız davam edirdi. TƏBİB artıq əməkdaşlığa ehtiyac görmədiyindən yenidən müqavilə imzalanmadı.
Söyüş söyməyə başladılar və bildirdim ki, xəstəxanada qadınlar var, ayıbdır. Oktay Əliyev oğluna zəng edərək dedi ki, məni burada öldürürlər. Bundan sonra onun oğlu Füzuli rayon sakini Orxan Əliyev və yeznəsi Yasin adlı şəxs içkili halda otağıma gələrək məni təhqir etdi, fiziki zorakılıq göstərərək döydülər. Hətta Orxan məni boğaraq qəsdən öldürməyə cəhd edib. Həkim müayinəsindən də keçmişəm, qulağımda küt travma, boğazaltı nayihənin körpücük sümüyünün əzilməsi diaqnozu qoyulub. Üzərlərində silah da var idi. Hətta xəstəxananın direktoruna da hədə-qorxu gəliblər".
Zərərçəkən bildirib ki, məsələ ilə əlaqadar aidiyyəti üzrə müraciət edilib, polisə də məlumat verilib.DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, məsələ ilə bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə       Tarix: 06 may 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Xaçmazda ağır qəza: ölən var

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb. xəbər verir ki, Rahim Rasim oğlu Nəsirovun idarə etdiyi "Şevrolet Kruz" markalı avtomobillə piyada Məhərrəm Şirnəli oğlu Baxışovu vurub. Nəticədə piyada hadisə yerind

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə


azerbaycan xeberleri son xeberler yeni xeberler az xeber cəbhədən son məlumat ən son xəbərlər xeber