Azərbaycanda yeni epidemiya yayıla bilərmi? - Türkiyəli mütəxəssislə MÜSAHİBƏ

Azərbaycanda yeni epidemiya yayıla bilərmi? - Türkiyəli mütəxəssislə MÜSAHİBƏ</p> 
 <p>"Koronavirusun hər zaman yeni bir pandemiyaya səbəbolma ehtimalı yüksəkdir".
Bu sözləri Türkiyənin "Çağ Aşan Eczacılar" Platformasının sədri, sağlamlıq üzrə mütəxəssis Şahin Altıntaş KONKRET.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
– Şahin bəy, koronavirus yenidən dünya miqyasında yayıla bilərmi?
– Əlimizdə olan elmi məlumatlar koronavirusun artıq nəzarət altında olduğunu göstərir. Həmçinin, pandemiyanın da tamamilə bitdiyini deyə bilərik. Amma onu da unutmaq olmaz ki, belə viruslara qarşı mübarizə apararkən hər zaman təmkinli olmaq lazımdır. Yəni proqnozlaşdırmağın mümkün olmadığı epidemiya vəziyyətlərində həmişə nəzarəti əlimizdə saxlamalı və bir müddət daha gözləməliyik. İstər səhiyyə müəssisələri, istərsə də fərd olaraq bu həqiqəti nəzərə alaraq yaşamaq məcburiyyətindəyik.
– Bəs yeni ştamların əvvəlki kimi pandemiyaya səbəbolma ehtimalı var?
– Bəli, yeni ştamların pandemiyaya səbəbolma ehtimalı mövcuddur. Ümumiyyətlə, koronavirusun hər zaman yeni bir pandemiyaya səbəbolma ehtimalı yüksəkdir. Düzdür, sözügedən virusun yeni ştamlarına qarşı səhiyyə mütəxəssisləri və alimlər tərəfindən qabaqlayıcı tədbirlər görülür. Təəssüf ki, yeni variantların nə zaman və harada ortaya çıxacağını təxmin etmək mümkün deyil. Bu səbəbdən də koronavirusun yeni ştamlarından hansısa birinin əvvəlki kimi pandemiyaya səbəb olma riski var.
– Yəni dünya əhalisinin peyvəndləndiyini və immunitet qazanmasını nəzərə alsaq, COVID-19-un həyatımızdan tamamilə çıxdığını və ya yaxın zamanda çıxacağını deyə bilərikmi?
– Koronavirusun həyatımızdan yaxın zamanda çıxacağını qətiyyən deyə bilmərik. Düzdür, bu gün COVID-19-u nəzarət altına almışıq, amma bunun gələcəkdə hansı xəstəliklərə səbəb olacağını da proqnozlaşdırmaq mümkün deyil. Belə olduğu təqdirdə, bu virusun həyatımızdan tamamilə çıxdığını demək olmaz.
Üstəlik, koronavirusa yoluxub-sağalan insanlarda yenidən bir neçə dəfə yoluxma qeydə alındığını da nəzərə almalıyıq. Çünki bəzi insanlar təkrar-təkrar koronavirusa yoluxur. Vaksinasiya prosesi ilə pandemiyanın qarşısının alınmasına çalışıldı, amma buna tam şəkildə nail olunmadı. Çünki hələ də bu virusun təsirləri tamamilə ortadan qalxmayıb. Ona görə də koronavirus gerçəyi ilə yaşamağı öyrənməyə məcburuq.
– Son dönəmlər müxtəlif ölkələrdə fərqli virusların çox sayda ölümlərə səbəb olduğunu görürük. Onların dünyaya yayılma və pandemiyaya səbəbolma riski varmı?
– Açığı, bu da mümkündür və ehtimallar daxilindədir. Texnologiyanın artıq bu qədər inkişaf etdiyi bir dövrdə hər şey saniyələr içərisində baş verir. Təəssüf ki, bu sürətli proses xəstəliklərin yayılmasına da təsir edir. Həmçinin, keçmiş zamanlarda daha çox regional olan xəstəliklər günümüzdə səyahətlər yolu ilə dünyanın hər tərəfinə yayıla bilir. Beləliklə, nəzarət altına alınması çətinləşən və çox sayda insanın həyatını itirməsinə səbəb olan xəstəliklər dünyaya yayılır. Nəticə etibarilə, bütün səhiyyə sistemlərinə olduqca mənfi təsir göstərən xəstəliklər pandemiyaya çevrilir.
– Necə düşünürsünüz, yaxın zamanlarda Türkiyə və ya Azərbaycanda hansısa epidemiya başlaya bilərmi?
– Həm Türkiyədə, həm də Azərbaycanda dövlət və səhiyyə qurumları bu istiqamətdə çox yüksək səviyyədə çalışırlar. Bu səbəbdən də hər iki qardaş ölkədə hansısa  epidemiyanın başlama ehtimalının olmadığını düşünürəm.
Üstəlik, Azərbaycan və Türkiyə sağlamlığa böyük önəm verir, habelə səhiyyə sahəsinə ciddi sərmayə qoyur. Hər iki ölkənin xəstəliklərlə mübarizədə necə effektiv üsullardan istifadə etdiyi də açıq-aydın görünür. Bundan başqa, Türkiyə və Azərbaycanın epidemiyaya səbəb olacaq xəstəliklərlə mübarizədə, eləcə də onları nəzarət altına almaqda son dərəcə uğurlu olduqlarını qeyd etmək lazımdır.
Elmir Kamal,
KONKRET.az

Sağlamlıq       Tarix: 13 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbər sosial yardim krimnal xeber azerbaycanda son xeberler