Çətənə toxumunun sağlamlığa inanılmaz faydaları
Qidalanma mütəxəssisləri çətənə toxumunun insan sağlamlığı üçün çoxsaylı faydalarını açıqlayıblar. Bitki mənşəli zülal mənbəyi olan çətənə toxumu xüsusilə vegan və vegetarian pəhrizlərində mühüm yer tutur.
KONKRET.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, çətənə toxumu Omega-3 və Omega-6 yağ turşuları baxımından zəngindir. Bu balans ürək-damar sağlamlığını qorumağa və xolesterol səviyyəsini tənzimləməyə kömək edir.
Tərkibində E vitamini, maqnezium, fosfor, kalium və sink kimi mühüm vitamin və minerallar olan bu toxum bağırsaq fəaliyyətini yaxşılaşdıran liflə də zəngindir. Omega-3 və gamma-linolen turşusu (GLA) isə orqanizmdə iltihabı azalda bilər.
Həkimlər bildirirlər ki, çətənə toxumu dəri sağlamlığına da müsbət təsir göstərir, quruluq, ekzema və sızanaq problemlərinin qarşısını ala bilər. Sağlam yağlar və zülallar isə uzunmüddətli enerji təmin edərək toxluq hissini artırır.
Qidalanma üzrə ekspertlər gündəlik rasiona az miqdarda çətənə toxumu əlavə etməklə həm immunitetin güclənəcəyini, həm də ümumi sağlamlığın yaxşılaşacağını vurğulayırlar.
Xidmetler [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı