Azərbaycanda yeniyetmə 13 yaşlı oğlanı bıçaqladı - Anası haqda elə söz dedi ki

Azərbaycanda yeniyetmə 13 yaşlı oğlanı bıçaqladı - Anası haqda elə söz dedi kiAğstafa rayonunda 2006-cı il təvəllüdlü Nicat 2009-cu il təvəllüdlü həmyerlisi Arazı (adlar şərti verilib - red.) qətlə yetirib.
azxeber.com teleqraf.com-a istinadən bildirir ki, Nicat 29 mart 2023-cü ildə saat 16 radələrində Ağstafanın Poylu qəsəbəsində Arazla rastlaşıb. Münasibətləri əvvəllər də pis olan Arazla mübahisə edib.
Araz Nicatın ana-bacısının ünvanına nalayiq sözlər deyib, əlindəki rezin boru ilə onun bədəninin müxtəlif nahiyələrinə vurub. Bütün bunları tənbeh etməsi üçün onun atasına danışacağını söyləyib, evlərinə doğru hərəkət edib.
Araz əlindəki rezin boru ilə Nicatı yenə vurub, ailə üzvlərinin ünvanına söyüşlər söyüb, onun evə getməsinə mane olmağa çalışıb.
Mübahisə edə-edə onlar dəmiryol stansiyasının ərazisinə daxil olublar. Stansiyasının inzibati binası ilə üzbə-üz yerləşən platformaya çatanda mübahisə daha da kəskinləşib.
Arazın onun ailə üzvlərini söyməsi, əlindəki boru ilə onu döyməsi Nicatı bərk qəzəbləndirib. Qisas məqsədi ilə Arazı öldürmək qərarına gəlib. Özündə olan bıçağı çıxararaq Arazın döş qəfəsindən vurub. Aldığı xəsarətdən Araz vəfat edib.
İstintaq orqanı tərəfindən Nicatın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2006-cı ildə Ağstafa şəhərində anadan olub, atası 14 il bundan əvvəl vəfat edib: "Anam 2 ilə yaxın müddətdir Gürcüstanda yaşayır. Mən Ağstafada dayımgildə yaşamışam. Mərhum Araz uzaq qohumumdur. Əvvəllər aramızda dava və ya mübahisə, eləcə də düşmənçilik və ya ədavət olmayıb. Ağstafada qeydiyyatda olsam da hadisədən əvvəl xalamın Poylu qəsəbəsində yerləşən evində qalırdım".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən bir neçə gün əvvəl avtomobil təmiri üçün istifadə edilən dəmir materialdan olan açardan üzərində gəzdirmək üçün bıçaq düzəldib: "Bir həftə idi ki, Arazgilin evində təmir işi görən atası Vəliyə kömək edirdim. Buna görə heç bir pul və ya haqq almırdım, könüllü gedib işləyirdim.
Dəfələrlə Araza valideynlərinin sözünə qulaq asmadığına görə irad bildirdiyimdən aramızda münasibətlər soyuq idi. Lakin atası Vəli ilə yaxşı münasibətimiz vardı deyə yenə də onlara köməyə gedirdim. Hətta Arazın anası Südabə dəfələrlə ona "camaatın uşağı gəlib burda fəhlə işləyir, atana kömək eləyir, sən isə bütün günü orda-burda gəzirsən" deyirdi".
Təqsirləndirilən şəxs bildirib ki, 29 mart 2023-cü ildə yenə də səhər saatlarından günortayadək Araz evdə olmayan vaxt Vəliyə kömək edib: "Vəli kişi mağazadan çörək və siqaret almağımı istədi, mənə 10 manat verdi. Marketə tək getdim, çörək və iki qutu siqaret aldım. Mağazadan çıxdıqda ara küçə ilə dəmiryol stansiyasına doğru getməyə başladım.
Dəmiryol stansiyasına çatmamış küçənin qurtaracağında Araz və onun əmisi oğlu Əsədlə rastlaşdım. Arazın əlində plastik materialdan boru vardı. Məndən hara getdiyimi soruşunada mağazaya çıxdığımı, onların evinə getdiyimi dedim. O məni təhqir edərək ana və bacıma qarşı nalayiq söyüş söydü. Ona atasının yanına getdiyimi, məni söydüyünü atasına deyəcəyimi bildirdim".
Nicatın sözlərinə görə, Araz yenidən onun, ana-bacısının ünvanına söyüşlər söyüb, atasına heç nə deməməyi tapşırıb: "Əlindəki plastik boru ilə üç dəfə kürəyimdən, bir dəfə isə qolumdan vurdu. Mübahisə edə-edə küçənin qurtaracağından Poylu qəsəbə ərazisindəki dəmiryol stansiyasının olduğu yerə gəldik. Araz yenə əlindəki plastik boru ilə məni vurmaq istədi. İkinci dəfə yerdən götürdüyüm iki daş parçasını mənə doğru atdı. Heç biri mənə dəymədi".
Nicat bildirib ki, Arazın onun ailə üzvlərini dəfələrlə söyməsindən, əlindəki plastik boru ilə onu vurmasından qəzəblənib: "Şalvarımın sağ bel hissəsinə qoyduğum bıçağı çıxardım, özümü müdafiə etmək üçün Arazın sinə nahiyəsinin sol yan hissəsindən vurdum. O, yenə üzərimə əlində olan plastik boru ilə hücum etdi. Ona "qurban olum, bəsdi" dedim. Bir az sonra dəmiryol stansiyası reysinin üzərində qəfildən yerə yıxıldı. Bütün bunlardan sonra bıçağı dəmiryolu stansiyasının yaxınlığındakı hasarın yanında kolluğa tulladım. Sonra onlara getdim.
Vəli və Südabəyə Arazın yıxıldığını, pis vəziyyətdə olduğunu söylədim. Lakin onu bıçaqla vurmağım barədə heç nə demədim".
İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Vəlinin sözlərinə görə, təqsirləndirilən Nicatın anası özündən yaşca kiçik oğlanla evlənib və Gürcüstana köçüb: "Atası da böyrək xəstəliyindən vəfat edib. Nicatla qohumluğumuz var, evimdə fəhlə kimi işləyirdi. Mən də bir qohum kimi ona çörək vermişəm, cibinə pul qoymuşam".
Hüquqi varis qeyd edib ki, hadisə baş verən gün saat təqribən 16 radələrində qohumu Əli və Nicat onların evinə gəlib:
"Evdə çörək olmadığından Nicatı çörək və siqaret almaq üçün yaxınlıqdakı mağazaya göndərdim. Hətta ona mağazadan ürəyi istəyən şeyi götürə biləcəyini də dedim. Hadisə vaxtı orada olmadığımdan yalnız kənd camaatından eşitdiklərimdən hadisənin necə baş verdiyini öyrənmişəm.
Həmin gün saat təxminən 16 radələrində Nicat və Əsəd eyni anda evə gəldilər. Onların qarşısına mən evin içərisində olduğum üçün arvadım çıxdı. İçəri daxil olan Nicat mənə "uşağı azərbaycanlılar bıçaqlayıblar" dedi. "Ay Əsəd, uşağı kim bıçaqlıyıb?" deyə soruşdum. Əsəd isə Arazın bıçaqlandığını gördüyünü, lakin onu vuranların qaçdığını söylədi. Hadisə baş verən yerə qaçdım. Mən çatanda oğlum hələ can verirdi. Yaxınlaşıb onu qaldırmağa çalışdım. Amma bacarmadım. Əlimi yerə salan kimi isə oğlum öldü".
Hüquqi varis bildirib ki, onlar kürd millətinə mənsub olduqlarından orada yaşayanları "azərbaycanlılar" deyə adlandırıblar. Qeyd edib ki, oğlu Arazla Nicatın arasında əvvəllər hər hansı dava və ya mübahisə olduğunu görməyib.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nicat 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sosial       Tarix: 25 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal bugun valyuta məzənnələri xeberler xeber.az son xeberler