Azərbaycanda zərərvericilərə qarşı xüsusi həşəratlar yetişdirilib - VİDEO
Azərbaycanda zərərvericilərə qarşı xüsusi həşəratlar yetişdirilib - VİDEO
Bərdədə pambıq sovkasına qarşı mübarizədə bioloji üsullardan istifadə olunur. Tarlalara sovkanı məhv etmək üçün trixoqramma adlanan həşəratlar buraxılıb. Bu canlı pambıq sovkasının təbii düşməni sayılır və zərərvericinin yumurtası ilə qidalanır.
Baku TV xəbər verir ki, trixoqramma olduqca kiçik, pərdəqanadlı və 0,5-0,8 mm uzunluğunda olan həşəratdır.
Bu həşərat pambıq sovkasının yumurtasına öz yumurtasını qoyur və yumurtadan pambıq sovkası deyil, trixoqramma çıxır.
Trixoqramma, həmçinin, sahədə pambıq sovkasının yumurtaları ilə qidalanır. Bu həşəratların dişi fərdi 40-a qədər yumurta qoyur və çıxan sürfələr zərərvericinin yumurtasının daxili möhtəviyyatını yeyərək məhv edir.
Bitki Mühafizə Elmi Texniki Təhqiqat İnstitutunun direktoru Elçin Xəlilov bildirir ki, trixoqrammalar laboratoriya şəraitində yoxlanıldıqdan sonra tarlalara buraxılır. Buna görə də, çoxaldığı laboratoriyanın temperatur və rütubət şəraitinin təbiətdəkinə yaxın olması vacibdir.
Tarla bitkilərində və bağlarda trixoqramma ya yetkin dövründə, ya da sahibin yumurtasından çıxmağa bir neçə gün qalmış buraxılmalıdır. Aparılan bioloji mübarizə kənd təsərrüfatı sahəsində çalışan sahibkarların da ürəyincədir.
Bir tərəfdən kimyəvi üsullardan istifadə etmədən təsərrüfatlarını zərərvericilərdən qoruyurlarsa, digər tərəfdən də daha az vəsait xərcləməklə müsbət nəticə əldə edə bilirlər. Bu, həm də uzunömürlü proses sayılır.
Laboratoriya şəraitində çoxaldılmış habrobrakon həşəratları isə tarlalara pambıq sovkasının tırtılları görünməyə başlayan zaman və hər hektara sayı 10 000 ədəd olmaqla buraxılmalıdır.
Beləliklə, trixoqramma və habrobrakon pambıq sovkasının, payızlıq sovkanın və çəmənlik kəpənəyinin tırtıllarının 50%-ə qədər azalmasına səbəb olur. Bu da iqtisadi ziyanı hədən artıq aşağı səviyyədə saxlamaqla, yüksək bioloji səmərəlilik göstərir.
/oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb