Azərbaycandakı bahalaşmanın səbəbi nədir və bu tendensiya nə qədər davam edəcək? - Ekspertdən BƏDBİN PROQNOZ

Azərbaycandakı bahalaşmanın səbəbi nədir və bu tendensiya nə qədər davam edəcək? - Ekspertdən BƏDBİN PROQNOZAzərbaycanda hər ötən gün daha da genişlənən bahalaşma insanların sosial rifahına mənfi təsir göstərir. Dünyada gedən bu tendensiya ölkəmizdən də yan keçmir və demək olar ki, bahalaşma bütün sahələrdə müşahidə olunur. Belə ki, ərzaq qiymətlərindən tutmuş, xidmət sahələrinə qədər bütün sferalarda qiymət artımını görmək mümkündür. Bəs görəsən, bütün sahələrdəki bahalaşmanın səbəbi nədir və bu tendensiya nə qədər davam edəcək?
Mövzunu KONKRET.az-a şərh edən tanınmış iqtisadçı Əkrəm Həsənov bildirib ki, Azərbaycandakı bahalaşmanın əsas səbəbi xarici amillə əlaqədardır:
Azərbaycandakı bahalaşmanın səbəbi nədir və bu tendensiya nə qədər davam edəcək? - Ekspertdən BƏDBİN PROQNOZ"Bu gün bütün dünyada bahalaşma müşahidə olunur. Xaricdən idxal olunan malların qiyməti də məhz buna görə artır. Təbii ki, daxili amillər də bahalaşmada mühüm rola malikdir. Ölkədə mövcud pul kütləsi şəraitində iqtisadi aktivlik aşağı düşüb, amma istehsal olunan mal və xidmətlərin həcmi azalıb. Yəni iqtisadi aktivlik zəifləyib. Buna görə də, bazardakı mal və xidmətlərin qiyməti artır. İnflyasiya əsasən bu iki amilə bağlıdır. Mərkəzi Bank hazırda pul kütləsi məsələsini həll etməyə çalışır. Ona görə də, son aylarda uçot dərəcəsini və məcburi ehtiyyat normasını artırır. Bu amillər məhz qiymət artımının qarşısını almaq üçündür və pul kütləsini azaltmağa hesablanıb".
Ekspertin sözlərinə görə, dövriyədəki pul həcmi azalmalıdır ki, qiymətlər artmasın:
"Mərkəzi Bank buna çalışır. Amma xarici amillər bahalaşmanın qarşısını almağa imkan vermir. Digər tərəfdən, Tarif Şurasının verdiyi qərarlar da bahalaşmaya təsir edir. Gələcəkdə bahalaşmanın azalması gözlənilmir. Artıq nəqliyyat sahəsində də bir sıra qərarların qəbul olunacağı açıqlandı. Bu xidmət növündə lisenziyaların verilməsinə başlanılsa, o zaman nəqliyyatda da qiymətlər artacaq. Yəni hər tərəfdən qiymətlər bahalaşır və azalma gözlənilmir".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Sosial       Tarix: 13 iyun 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


son xeberler azerbaycan xeberleri yeni xeberler az xeber oxu.az xeberler futbol xeberleri hava proqnozu