Azərbaycandan qayıdarkən müsadirə olunan tutuquşusuna 162 gün sonra qovuşdu - VİDEO

Azərbaycandan qayıdarkən müsadirə olunan tutuquşusuna 162 gün sonra qovuşdu - VİDEOAzərbaycandan qayıdarkən müsadirə olunan tutuquşusuna 162 gün sonra qovuşdu - VİDEO
Azərbaycana gəzməyə gələn Türkiyənin məşhur aktyoru Nazim Cihan vətəninə qayıdarkən Gürcüstan sərhəddində müsadirə olunan "Paşa" ləqəbli tutuquşusuna 162 gündən sonra qovuşub.
Bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Bildirilir ki, bir sıra film və seriallardakı rolları ilə sevilən məşhur aktyorun hər zaman yanında gəzdirdiyi tutuquşusu sənədlərlə bağlı problem yarandığı üçün əlindən alınmışdı. Bu səbəbdən hüquqi prosedura başlayan Nazim Cihan məhkəmədə qalib gəlib.
O, başına gələnlər barədə bunları deyib:
"Azərbaycana gəzməyə getmişdim. Keçəndə heç bir problem olmur. Gürcüstandan keçirəm. 13 gün Azərbaycanda qaldım. 2019-cu il avqustun 27-də Gürcüstan sərhəddində gömrük əməkdaşları saxlayaraq, sənədlərində problemi olduğunu bildirdi. CİTES sənədi əskik imiş. Gedəndə problem olmur, çıxanda olur? Anlamıram. Sonra müsadirə etdilər. Xeyli mübarizə apardım. Türkiyə səfirliyi və konsulluğu da xeyli kömək etdi. Təşəkkür edirəm".
O, bu müddətdə Gürcüstanda zooparka qoyulan tutuquşusunu görmək üçün yeddi dəfə bu ölkəyə getdiyini bildirib:
"Çünki bu, mənim heyvanımdır. Beş ildir mən baxıram, qayğısına qalıram. Zooparkda stress içində olan daha üç tutuquşu var idi. Gürcüstan öz heyvanlarına belə baxa bilmir".
Məhkəməyə baş vurmaq üçün vəkil tutduğunu və sonunda ədalətin zəfər çaldığını bildirən Cihan tutuquşusunun onu görəndə çox sevindiyini deyir:
"Paşa məni görəndə çox sevindi: "Nazim, Nazim" deyə səsləməyə başladı. Çox sevinir. Övladım kimi. Yanımda gəzdirirəm. Geri ala bilməyəcəyim qorxusu ilə yuxusuz qaldığım gecələr oldu".
Aktyorun dediyinə görə, sosial şəbəkələrdə "Metrobusda "Allah" deyən tutuquşu", "İstanbulun Paşası" videoları ilə tanınan tutuquşunun qaytarılmasına sakinlər də çox sevinib.
"Vətəndaşlarımız da tanıyır. Çox sevindilər. "Paşa gəlib" deyirlər. Paşanı tanımayan yoxdur. Paşa da sevindi", - deyə aktyor bildirib.

/oxu.az

Maraqlı       Tarix: 13 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler az sonxeber az en son xeber xəbər.az