Azərbaycanı ABŞ-də təmsil edən Səmayə Həbibova: "2024-cü ilin gənci adına namizədəm" - MÜSAHİBƏ + FOTO

Azərbaycanı ABŞ-də təmsil edən Səmayə Həbibova: Azərbaycanı ABŞ-də təmsil edən Səmayə Həbibova: "2024-cü ilin gənci adına namizədəm" - MÜSAHİBƏ + FOTO
"Texnologiyada ilin qadını" mükafatına layiq görüləndən sonra artıq mənim üçün xalqıma yararlı olmaq bir seçim yox, öhdəlikdir. Ümid edirəm, bu günə kimi ümidləri doğrultduğum qədər, bundan sonra da əlimdən gələn hər şeyi edərək bu mükafata layiq olduğumu hər zaman hiss etdirə biləcəyəm".
Bu fikirləri Oxu.Az-a müsahibəsi zamanı ötən həftə Azərbaycanı Amerika Birləşmiş Ştatlarında təmsil edən hüquq mütəxəssisi Səmayə Həbibova deyib. O, ümumi fəaliyyəti və hazırda Silikon Vadisində iştirak etdiyi texnologiya tədbiri haqqında suallarımızı cavablandırıb. Müsahibəni təqdim edirik:
- Səmayə xanım, Silikon Vadisində keçirilən, sizin də iştirak etdiyiniz tədbir hansı məqamlarla yadda qaldı? Ümumiyyətlə, sizi Silikon Vadisinə qədər aparan fəaliyyətiniz hər kəsə maraqlıdır.
- İlk dəfə Silikon Vadisinə sentyabr ayında Azərbaycan nümayəndəliyi - İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), eləcə də bir neçə yerli bankın səlahiyyətliləri ilə birlikdə dünyanın ən böyük innovasiya tədbiri olan "TechCrunch Disrupt"da ölkəmizi təmsil etmək üçün gəlmişdim. Həmin tədbirdə Azərbaycanda ilk dəfə hüquq xidmətlərini onlayn təqdim edən "E-Legal" platformamız barədə çıxış etmişdim. Bunun üçün seçilməyimə səbəb isə ölkəmizdə keçirilən "Startup Grind" yarışında qalib olmağım idi. Qeyd edim ki, "Startup Grind" də Silikon Vadisində yaradılmış startapları, təsisçiləri, innovatorları birləşdirən dünyanın ən böyük cəmiyyətidir.
Bir ay sonra isə Azərbaycanda təsis edilən "Founders Academy" müsabiqəsinin qalibi olaraq dövlət hesabına - daha dəqiq desək, İRİA hesabına yenidən Silikon Vadisinə gəldim. Burada noyabr ayında Berkeley Universitetinin təşkil etdiyi "Demo Day" və "Techstars"ın "Startup Weekend San Francisco AI" tədbirlərində "E-Legal"ı təqdim etmişəm.
Bu günlərdə isə "Pegasus Ventures"in "Startup World Cup" və "Plug and Play Tech Center"in "Silicon Valley Summit" tədbirlərində, sadəcə, iştirakçı startap kimi qatılmaq haqqı qazanmışam.
Azərbaycanı ABŞ-də təmsil edən Səmayə Həbibova: Azərbaycanı ABŞ-də təmsil edən Səmayə Həbibova: ABŞ, Silikon Vadisi
- Siz hansı məhsullar və xidmətlərlə Azərbaycanı təmsil edirsiniz?
- Azərbaycanda ilk dəfə bütün hüquq xidmətlərini elektronlaşdırmışıq. Hazırda platformamızda 200-dən çox hüquq xidmətindən istədiyinizi anında sifariş edə bilərsiniz. Buna aiddir: elektron müqavilələr, elektron imza ilə sənədinizi bir dəqiqədə imzalamaq, korporativ, mülkiyyət, müqavilə, delikt, vərəsəlik, ailə, əmək, inzibati xətalar, sığorta və digər hüquq sahələri ilə bağlı istənilən xidmət.
Təsadüfi deyil ki, Azərbaycanın aparıcı qurumlarından olan "ASAN xidmət"lə 10 il müddətinə əməkdaşlıq müqaviləsi imzalamışıq. Beləcə, paytaxtımız da daxil, bütün ölkə üzrə "ASAN xidmət" binalarında "E-Legal" köşkləri quraşdırılacaq və bütün əhali və şirkətlərin peşəkar, cəld və sərfəli hüquq xidmətlərinə əlçatanlığı yaranacaq.
Azərbaycanı ABŞ-də təmsil edən Səmayə Həbibova: Azərbaycanı ABŞ-də təmsil edən Səmayə Həbibova: - Bir müddət öncə "Texnologiyada ilin qadını" mükafatına layiq görülmüsünüz. Bu haqda özünüzdən dinləmək istəyərdik.
- Mən iki ildir ki, hüquqşünas olmağımla bərabər, informasiya və texnologiya sahəsində çox aktiv araşdırmaçı, icraçı, həm də idarəediciyəm. Çox şadam ki, mənim əziyyətlərimi və ölkə üçün yararlılığımı məhz elə bu sahənin qurumu olan İRİA nəzərə aldı və dəyərləndirərək məni "Texnologiyada ilin qadını" mükafatına layiq gördü. Bu nominasiyadan sonra xalqım üçün yararlı olmaq bir seçim yox, artıq öhdəlikdir. Ümid edirəm, bu günə kimi inamı doğrultduğum qədər, bundan sonra da əlimdən gələn hər şeyi edərək bu mükafata layiq olduğumu hər zaman hiss etdirə biləcəyəm. Hazırda ABŞ-də olduğum üçün mükafatı şəxsən ala bilməməyimə və "InMerge" İnnovasiya Sammiti kimi möhtəşəm tədbirdə iştirak edə bilməməyimə təəssüflənirəm, sözün düzü. Qarşımızdakı il daha böyük uğurlar əldə edəcəyimizə ümidliyəm.
Onu da qeyd edim ki, 2024-cü il Gənclər Günündə elan edilməsi nəzərdə tutulan "İlin gənci" tituluna da namizədəm. İlin gəncini, təbii ki, dövlət başçısı seçəcək.
Azərbaycanı ABŞ-də təmsil edən Səmayə Həbibova: Azərbaycanı ABŞ-də təmsil edən Səmayə Həbibova: - İki ay öncə ölkəmizi San-Fransiskoda təmsil etmişdiniz. Burada necə reaksiyalar aldınız?
- San-Fransiskoya ilk səyahət də Azərbaycan nümayəndəliyi ilə birlikdə idi. Qeyd etdiyim kimi, İRİA və yerli banklarla birlikdə ölkəmizi təmsil etmişdik. Təsisçisi olduğum platforma barədə xaricdə təqdimat fürsətim olmuşdu. Və istər təqdimat zamanı, istərsə də sonra çox uğurlu biznes modelini vurğulamaq üçün yaxınlaşan şəxslər var idi. Hətta özüm orada "E-məsləhət" xidmətimi sata da bilmişdim. Qarşılığında isə 88 dollar (150 AZN) əldə etmişdim.
Azərbaycanı ABŞ-də təmsil edən Səmayə Həbibova: Azərbaycanı ABŞ-də təmsil edən Səmayə Həbibova: ABŞ, San-Fransisko
- Qlobal təmsilçiliklə bağlı növbəti plan və hədəfləriniz nədən ibarətdir?
- Əslində, bu vaxta kimi olan qlobal təmsilçilik də heç bir planlama olmadan yaranmışdı. İlk olaraq may ayının sonu, iyun ayının əvvəllərində İRİA tərəfindən təşkil edilən "Roadshow" layihəsi çərçivəsində İrlandiyanın Dublin şəhərində keçirilən "Dublin Tech Summit"ə Azərbaycan nümayəndə heyəti qismində getmişdik. Daha sonra isə Çinin Tianjin şəhərində Dünya İqtisadi Forumunun təşkilatçılığı ilə keçirilən "Summer Davos" tədbirinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birlikdə getmək hüququ qazanmışdıq, lakin ölkə daxilində "ASAN xidmət"lə əməkdaşlıq çərçivəsində mühüm müzakirələrin getdiyi ərəfəyə təsadüf etdiyindən həmin tədbirə qatıla bilmədik.
Daha sonra isə bildiyiniz kimi, sentyabr ayında ABŞ-nin San-Fransisko şəhərində keçirilən "TechCrunch Disrupt" tədbirində çıxış etdik. Oktyabrda isə Belarusun Minsk şəhərində keçirilən "CIS 100 ideas" tədbirində Azərbaycanı təmsil etmək üçün Gənclər və İdman Nazirliyi tərəfindən seçilmişdik. Düşünürəm ki, çıxış etdiyimiz bütün beynəlxalq və yerli tədbirlərdə ölkəmizin və platformamızın komandasının güvənini doğrultmuşuq. Bundan sonrakı qlobal təmsilçiliklə bağlı isə heç bir dəqiq məlumat verə bilmirəm. Çünki Silikon Vadisi hər günü tam fərqli yaşadığım möcüzələrlə dolu bir yerdir. Hər an, hər şey baş verə bilir.
Azərbaycanı ABŞ-də təmsil edən Səmayə Həbibova: Belarus, Minsk
Azərbaycanı ABŞ-də təmsil edən Səmayə Həbibova: Azərbaycanı ABŞ-də təmsil edən Səmayə Həbibova: Azərbaycanı ABŞ-də təmsil edən Səmayə Həbibova: Azərbaycanı ABŞ-də təmsil edən Səmayə Həbibova: İrlandiya, Dublin
Aysel Aslan

Maraqlı       Tarix: 15 dekabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi 2026 azerbaycanda son xeberler son xeber 2026 ən son xəbərlər bugün