Azərbaycanın 2020-ci ildə siyasi uğurları - VİDEO
Azərbaycanın 2020-ci ildə siyasi uğurları - VİDEO
2020-ci il XXI əsrin siyasi baxımdan ən ağrılı və çətin illərindən biri kimi yadda qaldı. Lakin Azərbaycan üçün siyasi baxımdan bu il Dağlıq Qarabağ probleminin həllini tapması, ərazi bütövlüyümüzün təmin olunması ilə tarixə düşdü.
Bu il ölkəmizin beynəlxalq miqyasda təbliği istiqamətində də, bir sıra vacib addımlar atıldı. Azərbaycan prezidentinin təşəbbüsü ilə 2020-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının COVID-19-a qarşı mübarizə ilə bağlı xüsusi sessiyası təşkil olundu. Onun ardınca Qoşulmama hərəkatının sədri kimi ölkəmizin təşəbbüsü ilə onlayn konfrans keçirildi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi iclasının çağırılması isə Azərbaycanın dünya siyasi arenasındakı nüfuzunun bariz nümunəsi kimi tarixə həkk oldu.
Qeyd etmək lazımdır ki, Vətən Müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə siyasi və diplomatik sahədə uğurlu fəaliyyətin nəticəsi olaraq, bölgədə yeni geosiyasi reallıqlar formalaşdırdı.
Prezident İlham Əliyevin dünyanın nüfuzlu media qurumlarına verdiyi müsahibələr və Azərbaycan həqiqətlərini dünyaya çatdırması 2020-ci ilin ən böyük siyasi uğurlarından biri kimi yadda qaldı. Bu il ölkənin xarici siyasət idarəsinin rəhbərliyində baş verən dəyişiklik və yeni nazirin müharibə öncəsi bir sıra ölkələrə səfərlər etməsi diplomatik sferadakı uğurlarımızı davam etdirdi.
Hər nə qədər xəstəliklə, müxtəlif bəlalarla yadda qalsa da, 2020-ci il Azərbaycan üçün düşərli oldu. Azərbaycan xalqı öz düşmənlərini məğlub etməklə, onların dünyada yayılan sarsaq imicinə ağır zərbə vurdu.
Bu, Azərbaycan xalqının, ordusunun, Ali Baş Komandanının böyük uğurudur və bu uğur tariximizə qızıl hərflərlə yazıldı.
/oxu.az
f Paylaş
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub