Azərbaycanın bu rayonunda yüksək maaş verilir – Bakıdan da çox

Azərbaycanın bu rayonunda yüksək maaş verilir – Bakıdan da çoxAzərbaycanda orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər və rayonların siyahısı açıqlanıb. Reytinqdə ilk pillədə Xankəndi qərarlaşıb. Daşkəsən ikinci, Bakı isə 1 479,4 manat orta aylıq əməkhaqqı ilə üçüncü yerdə yer alıb. Paytaxtın iki şəhər və rayondan geri qalması diqqət çəkib.
Bakının siyahıda üçüncü yerdə qərarlaşması nə ilə bağlıdır? Paytaxtda orta əməkhaqqı niyə Xankəndi və Daşkəsəndən geri qalır? Bu rəqəmlər ölkədə real maaş mənzərəsini əks etdirirmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, ümumilikdə, Bakıda əhalinin yaşayış səviyyəsi regionlarla müqayisədə daha yüksəkdir:
"Bu fərqi həmişə tənqid edirik. Fərq o qədər böyükdür ki, sanki eyni ölkə daxilində iki ayrı yaşayış standartı formalaşıb. Hətta eyni özəl təşkilatın, məsələn, bankın Bakı və rayon filiallarında çalışan əməkdaşlarına fərqli əməkhaqqı verilir. Sanki biri Afrika, digəri Avropa ölkəsidir. Gəlirlər, yaşayış səviyyəsi və həyat tərzi arasında ciddi fərq var. Bakı sakinləri regionlara gedəndə iqtisadi üstünlükləri, region sakinləri isə paytaxta gələndə iqtisadi gerilikləri dərhal hiss olunur. Təbii ki, hər iki tərəfdə istisnalar var, lakin orta göstəricilər arasında böyük fərq mövcuddur".
İqtisadçı bildirib ki, Xankəndi bu baxımdan fərqli vəziyyətdədir:
"Orada çalışan və əməkhaqqı alan şəxslərin vəziyyəti digər regionlarla müqayisədə fərqlənir. Belə ki, ərazidə işləməyə gedənləri cəlb etmək üçün onlara daha yüksək əməkhaqqı təklif olunur. Xankəndi uzun müddət boşalmış ərazi olduğundan insanların ora köçməsi və işləməsi üçün əlavə iqtisadi stimullar yaradılır. Məsələn, Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində əməkhaqları Bakıdakı müvafiq göstəricilərdən daha yüksəkdir. Bu, dövlətin həyata keçirdiyi siyasətin nəticəsidir, yerli bazarın öz-özünə formalaşdırdığı vəziyyət deyil. Lakin əməkhaqlarının bu şəkildə süni artırılması ümumilikdə cəmiyyətin əksəriyyətinin maraqlarına uyğun olmaya bilər. Çünki bu vəsaitlər təkbaşına yaranmır, başqa mənbələr hesabına təmin edilir. Sanki həmin ərazidə xüsusi iqtisadi şərait yaradılaraq süni şəkildə daha yüksək gəlir mühiti formalaşdırılır. Bunun müəyyən məqsədləri var və həmin məqsədlər belə yanaşmanı əsaslandırır".
Ekspert qeyd edib ki, Daşkəsəndə isə söhbət yalnız əməkhaqqı göstəricisindən gedir:
"Bu göstərici əhalinin ümumi sosial-iqtisadi vəziyyətini tam əks etdirmir. Çünki rayonda işsizlik problemi var. Əhalinin bir hissəsi öz təsərrüfatında çalışır, bəziləri fermer fəaliyyəti ilə məşğuldur. Bu insanların gəlirləri əməkhaqqı statistikasında əks olunmur. Digər tərəfdən, Daşkəsəndə dağ-mədən sənayesi fəaliyyət göstərir və bu sahədə çalışanların sayı məhduddur. Dağ-mədən sənayesində əməkhaqları, adətən, yüksək olur. Ehtimal ki, işçilərin sayının az, əməkhaqlarının isə yüksək olması Daşkəsən üzrə orta əməkhaqqı göstəricisinin artmasına səbəb olub. Halbuki ora əhalinin ümumi yaşayış səviyyəsinə görə Azərbaycanın bir çox rayonlarından, hətta ətraf rayonlardan da geri qalır. Məsələn, Gəncə, Şəmkir, Göygöl və Tərtərlə müqayisədə Daşkəsəndə əhalinin maddi vəziyyəti daha aşağıdır. Yəni yüksək statistik əməkhaqqı göstəricisi rayon əhalisinin ümumi rifah səviyyəsinin yüksək olması demək deyil. Üstəlik, dağ-mədən sənayesində çalışanların bir hissəsi də Bakıdan və digər ərazilərdən gedərək orada işləyən şəxslərdir".
Qeyd edək ki, orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu ilk 10 şəhər və rayon belədir:
Xankəndi şəhəri – 1 658,8 manat
Daşkəsən rayonu – 1 543,6 manat
Bakı şəhəri – 1 479,4 manat
Şuşa rayonu – 1 144,7 manat
Xocalı rayonu – 1 138,8 manat
Zəngilan rayonu – 1 089,8 manat
Gədəbəy rayonu – 1 023 manat
Sumqayıt şəhəri – 981,6 manat
Naxçıvan şəhəri – 953,9 manat
Şirvan şəhəri – 953 manat.

Sosial       Tarix: 27 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Nvidia ətrafında qalmaqal: Trampın müdaxiləsi, rekord qazanc və mümkün insayder ticarəti şübhələri

Uzun illərdir təbii marağım, analitik araşdırmalara meylim və qanuni maliyyə əməliyyatlarına marağım səbəbindən ABŞ fond bazarını izləyirəm. Otuz ildən artıq müddətdə çox şey görmüşəm: məharətlə həyata keçirilən əməliyyatlar

Qaz və elektrik pulunuz çox gəlməsin deyə bunları edin – Ekspertdən VACİB TÖVSİYƏLƏR

"Qış aylarında qaz və elektrik enerjisi istehlakının artması təbii prosesdir. Çünki havaların soyuması ilə mənzillərin və fərdi evlərin qızdırılmasına daha çox enerji sərf olunur. Lakin burada əsas məsələ təkcə istehlakı

Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi

Dövlət Statistika Komitəsinin Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov dünyasını dəyişib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, mərhumun gecə saatlarında səhhəti qəfil pisləşib və o vəfat edib

ARB TV-dən Elgiz Əkbərlə bağlı - AÇIQLAMA

Elgiz Əkbərin özünə məxsus YouTube kanalında yayımlanan "Şadlıq olsun" layihəsinin ARB Televiziyası ilə heç bir əlaqəsi yoxdur. xəbər verir ki, mövzu ilə bağlı ARB telekanalı açıqlama yayıb. Açıqlanmada bildirili

Azərbaycanda ən yüksək maaş verilən şəhər və rayonlar - SİYAHI

Azərbaycanda orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu şəhər və rayonların adları açıqlanıb. -a istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 172,7 manat təşki

Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"

2027-ci il üçün Azərbaycanda yaşayış minimumunun ölkə üzrə 314 manat müəyyən edilməsi nəzərdə tutulur. Layihəyə əsasən, gələn il əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqla

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, avtomobil piyada - 1973-cü il təvəllüdlü Xəqani Ələsgər oğlu Şirinovu vurub. X. Şirinov aldığ

Özümüz istehsal edirik, amma baha alırıq: Bazardakı qiymət sirri açıldı

Azərbaycanda yerli istehsalın artırılması, fermerlərin dəstəklənməsi və idxaldan asılılığın azaldılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Lakin bazarlarda bəzən maraqlı mənzərə ilə qarşılaşırıq. Bəzən ölkəmizd

İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Bulvar küçəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyadanı vurub. Zərərçəkən ağır xəsarətlərl


azerbaycan xeberleri yeni xeberler son xeberler maliyye xeberler bugun cəbhədən xəbərlər sonxəbərlər metbuat xeberleri