Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşdı - FOTO

Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşdı - FOTO8-9 iyul 2022-ci il tarixlərində Bakı və Şuşa şəhərlərində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi keçirilib.
Xarici İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, 8 iyul 2022-ci il tarixində müşavirənin Bakı şəhərində keçirilən sessiyası ADA Universitetində XİN-in rəhbər heyəti, ölkəmizin bütün diplomatik nümayəndəliklərinin rəhbərləri, AR Prezidentinin Administrasiyasının nümayəndələrinin iştirakı ilə baş tutub.
Tədbirin açılışında ADA Unibersitetinin rektoru Hafiz Paşayev iştirakçıları salamlayıb, müşavirəyə ADA Universitetinin ev sahibliyi etdiyini məmnunluqla qeyd edib. Rektor, müşavirənin işinə uğurlar arzulayıb.
Müşavirədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış ediblər. Çıxışlarda, Azərbaycan Respublikasının xarici siyasət prioritetləri, müasir dövrdə üzləşdiyimiz çağırışlar və bu çağırışların qarşısının alınması istiqamətində görülən tədbirlər, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində rolu, ikitərəfli və çoxtərəfli platformalarda iştirakımız, əməkdaşlıq perspektivləri kimi mövzular haqqında fikirlər səsləndirilib. Diplomatik nümayəndəliklərin rəhbərlərinə müvafiq istiqamətlər üzrə təlimatlar verilib. Müşavirə çərçivəsində diskussiyalar panel müzakirələri şəklində davam edib.
9 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəhbərliyinin, habelə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi Şuşa şəhərində davam edib. Tədbir çərçivəsində münaqişədən sonra azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işləri mövzusuna həsr edilmiş paneldə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidentinin Şuşa şəhərində Xüsusi Nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev və Azərbaycan Respublikasının Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə nümayəndəsi Emin Hüseynov tərəfindən geniş təqdimatlar edilib.
Daha sonra növbəti paneldə AR Heydər Əliyev Fondunun təşəbbüsü və XİN-in dəstəyi ilə dərc olunan, Gürcüstan Milli Muzeyinin direktoru Eldar Naderadzenin rəhbərliyi altında gürcü alimləri tərəfindən işlənib hazırlanmış, Qarabağ xanlığının zəngin tarixi irsini Gürcüstan Milli Muzeyində saxlanılan artefaktlara əsasən təqdim edən "Qarabağ xanlığı – tarixi və mədəni kimlik" kitabının təqdimatı keçirilib. Təqdimatda Gürcüstan Milli Muzeyinin direktoru Eldar Naderadze, habelə AMEA-nın Tarix İnstitunun baş direktoru Kərim Şükürov çıxış ediblər. Tədbirdə, həmçinin xarici mütəxəssislər tərəfindən Qarabağ bölgəsi ilə bağlı edilən araşdırmalar sırasında alman alim M. Raynhard Hess tərəfindən dərc edilən "Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu" adlı kitabı ilə bağlı məlumat verilib. Xarici alimlər tərəfindən ərsəyə gətirilən bu kitabların Azərbaycanın Qarabağ bölgəsinin beynəlxalq müstəvidə tərənnüm edilməsi baxımından əgəmiyyəti vurğulanıb.
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi Şuşa şəhərində təşkil olunan mədəni proqramla yekunlaşıb.
Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşdı - FOTOAzərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşdı - FOTOAzərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşdı - FOTOAzərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşdı - FOTOAzərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşdı - FOTOAzərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşdı - FOTOAzərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşdı - FOTOAzərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşdı - FOTOAzərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşdı - FOTOAzərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşdı - FOTOAzərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşdı - FOTOAzərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşdı - FOTOAzərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşdı - FOTOAzərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşdı - FOTOAzərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşdı - FOTO

Siyasi       Tarix: 10 iyul 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza


yeni xeberler son xeberler azerbaycan xeberleri axsam az xeberler krimnal bugun cəbhədən son durum sonxabar