Azərbaycanın əsas hədəfləri Meksika televiziyasında

Azərbaycanın əsas hədəfləri Meksika televiziyasındaAzərbaycanın əsas hədəfləri Meksika televiziyasında
Meksikanın geniş izləyici kütləsinə malik "Canal Once" dövlət televiziyasının "Xəbərlər" proqramında Cənubi Qafqaz regionunda münaqişə sonrası durum və Azərbaycanın azad edilmiş ərazilərindəki öncül hədəfləri barədə respublikamızın bu ölkədəki səfiri Məmməd Talıbovun müsahibəsi efirə gedib.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, müsahibədə işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın qarşısında duran ən ümdə məqsədlərin buranın yaşayış infrastrukturunun yenidən qurulması və azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıtmasının təmin edilməsi olduğu bildirilib.
Bununla belə, qeyd olunan hədəflərin qısa zamanda reallaşdırılması üçün ciddi maneələrin mövcud olduğu, bu xüsusda, 30 ilə yaxın işğal müddətində bu ərazilərin infrastrukturunun tamamilə dağıdıldığı, tarixi-mədəni irsimizin geniş ölçüdə məhv edildiyi, habelə burada kütləvi minalanma aparıldığı və hazırda Ermənistanın beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq minalanmış bölgələrin xəritəsini verməkdən boyun qaçırdığı söylənilib.
Qeyd edilib ki, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan təcavüzkar siyasətindən əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və xalqını barışığa hazırlamalıdır.
Müxbirin Almaniya kansleri Angela Merkelin AŞPA-dakı çıxışı zamanı beynəlxalq hüququn fundamental prinsiplərinin pozulmasından danışarkən Qarabağı örnək olaraq göstərməsi ilə bağlı suala münasibətdə Azərbaycanın 30 ilə yaxın bir müddətdə məhz bu vacib məqama diqqət çəkməyə çalışdığı qeyd olunub və davamlı sülhün yeganə yolunun dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi olduğu bildirilib. /oxu.az

Siyasi       Tarix: 23 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta bugun xeberler şou biznes xəbərləri cəbhədən son dəqiqə