Azərbaycanın icazəsi olmadan heç bir xarici ölkə vətəndaşı Qarabağa səfər edə bilməz - ŞƏRH

Azərbaycanın icazəsi olmadan heç bir xarici ölkə vətəndaşı Qarabağa səfər edə bilməz - ŞƏRHAzərbaycanın icazəsi olmadan heç bir xarici ölkə vətəndaşı Qarabağa səfər edə bilməz - ŞƏRH
44 günlük müharibənin nəticəsi olaraq imzalanmış 10 noyabr bəyanatı Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən fundamental sənəddir. Sənəddə Qarabağın dağlıq hissəsinə hər hansı xüsusi bir statusun verilməməsi bu ərazinin Azərbaycanın tərkib hissəsi olduğunu təsbit edir. Bu bəyanatın davamı olaraq 11 yanvar tarixində Moskvada imzalanmış üçtərəfli sənəd də status məsələsinin birdəfəlik arxivə qovuşduğunu göstərdi. Beləliklə, Azərbaycan dövləti erməni işğalçılığına son qoymaqla həm də post-konflikt dövrünün geosiyasi reallıqlarını formalaşdırmış oldu. Artıq hər kəs bu reallıqlarla barışmağa məhkumdur.
Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.
Politoloq bildirib ki, təəssüf ki, müharibə başa çatandan bir qədər sonra Qərb siyasi dairələrinin yeni geosiyasi konfiqurasiyadan narazı qaldığı müşahidə edildi:
"Bu, Azərbaycanın icazəsi olmadan bir sıra avropalı siyasətçilərin Qarabağa qanunsuz səfərlərində özünü göstərirdi. Bundan başqa, Ermənistan rəsmilərinin də oxşar qanunsuz əməllərə əl atdığını gördük. Bütün bunlar yeni reallıqların çərçivəsini aşan əməllər idi. Buna görə də Prezident İlham Əliyev açıq şəkildə həm Ermənistana, həm də sülhə zəmanətçi funksiyasını üzərinə götürmüş Rusiya sülhməramlılarına ciddi xəbərdarlıqlar etdi. Bu mənada, Azərbaycan Prezidentinin 7 yanvar 2021-ci il tarixində keçirilmiş ötən ilin yekunlarına dair müşavirədə ifadə etdiyi fikirlər xüsusilə əhəmiyyətlidir: "...biz sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz".
Bu, Azərbaycan rəhbərliyinin qətiyyətli və dəyişməz mövqeyidir. Ötən zaman çərçivəsində cərəyan edən hadisələr onu göstərdi ki, dövlət başçımızın dəmir iradəsi destruktiv qüvvələrin geri addım atmasına səbəb olmuşdur. Fransadan qanunsuz yolla Qarabağa səfər etmək istəyənlərin sülhməramlı qüvvələr tərəfindən geri qaytarılması məhz bu amilin təzahürüdür.
Görünür, sülhməramlı qüvvələr Azərbaycan Prezidentinin xəbərdarlığından ciddi nəticə çıxararaq nəhayət öz mandatlarına uyğun fəaliyyət həyata keçirməyə məcbur qalıblar. Hadisələr bundan sonra da bu istiqamətdə inkişaf etməlidir. Azərbaycanın icazəsi olmadan heç bir xarici ölkə vətəndaşı Qarabağa səfər edə bilməz". /oxu.az

Siyasi       Tarix: 08 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo


yeni xeberler azerbaycan xeberleri son xeberler dunya xeberleri son xeberler az son.xeberler cebheden xeberler