Azərbaycanın ilk milli xəbər agentliyi 101 yaşında - FOTO

Azərbaycanın ilk milli xəbər agentliyi 101 yaşında - FOTOAzərbaycanın ilk milli xəbər agentliyi 101 yaşında - FOTO
Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın 101 yaşı tamam olur. Ötən bir əsrdə Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan SSR, onu isə müstəqil Azərbaycan Respublikası əvəzlədi. Əgər agentliyin bu illər ərzindəki bütün xəbərlərini, fotolarını bir yerə toplamaq olsaydı, ölkəmizin və xalqımızın həyatının bitkin mənzərəsi yaranardı.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları milli xəbər agentliyi yaradılmasının zəruriliyini yaxşı anlayırdılar. Hökumət bu məsələni 1919-cu il martın 3-də müzakirəyə çıxardı və müvafiq qərar qəbul edildi. Lakin müəyyən səbəblərə görə həmin qərar təxminən bir ilə yaxın kağız üzərində qaldı. Nəhayət, 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Teleqraf Agentliyi fəaliyyətə başladı. Bundan iki ay keçmədi ki, Azərbaycan bolşevik işğalına məruz qaldı və Cümhuriyyət hökuməti süquta uğradı. Milli Teleqraf Acanslığı cəmi 58 gün fəaliyyət göstərsə də, adını tarixə yazdıra bildi.
SSRİ dövründə Azərbaycanın milli informasiya agentliyinin adı yeddi dəfə dəyişdirildi və bu, onun keçdiyi yolun mürəkkəbliyindən xəbər verir. Bolşevik işğalından sonra Azərbaycanda informasiya işi ROSTA-nın (Rusiya Teleqraf Agentliyinin) Qafqaz diyar şöbəsinin Azərbaycan bölməsinə – AzKavROSTA-ya həvalə edildi. 1921-ci ildə AzərTAQ adlandırılan bu bölmə 1922-1936-cı illərdə üç Zaqafqaziya respublikasının agentlikləri birliyinin tərkibinə daxil oldu və ona ZaqTAQ adı verildi. Sonradan AZƏRTAC yenidən müstəqil informasiya orqanı kimi fəaliyyət göstərdi. Adlar dəyişsə də, mahiyyət dəyişmirdi. Azərbaycan Teleqraf Agentliyi, əslində, SİTA-nın filialına çevrilmişdi. Bununla belə, dövrün salnaməsini yazmaqda davam edirdi. Agentliyin arxivindəki fotolar respublikamızın sovet dövrdəki həyatı barədə müəyyən təsəvvür yaradır. Həmin fotoşəkillərin bir neçəsinə nəzər salmaq yerinə düşər.
1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra Azərbaycanın və AZƏRTAC-ın həyatında yeni dövr başladı. Müasir texniki avadanlıqla təchiz olunan, binası əsaslı təmir edilən, agentlik çox keçmədən SSRİ miqyasında öncül mövqelərə çıxdı, SİTA-nın informasiya buraxılışlarını qəbul edib Cənubi Qafqaz respublikalarına ötürən mərkəzə çevrildi. Heydər Əliyevin şəxsi nüfuzu hesabına müttəfiq respublikaların informasiya agentlikləri arasında Ukrinformdan sonra məhz AZƏRTAC "Olivetti" markalı kompüterlərlə təchiz edildi.
1980-ci illərin sonu – 1990-cı illərin əvvəlində Azərbaycan çətin sınaqlarla üzləşdi. Qanlı Yanvarda respublikada heç bir qəzet çıxmadığı, hətta televiziya verilişlərinin dayandırıldığı günlərdə də AZƏRTAC-ın jurnalistləri iş başında idilər. Onlar ölkədə baş verən hadisələr barədə xəbərləri bülletenlər şəklində Bakıda binaların divarlarına yapışdırırdılar. Fotomüxbirlərimiz isə küçə və meydanları, xəstəxanaları gəzərək imperiya ordusunun qanlı cinayətlərini lentə alırdılar. Sonradan bu fotolar bir sıra xaricə KİV-lərdə dərc olundu, 20 Yanvar şəhidlərinin dəfn mərasimində çəkilmiş "Milyon qəlbin göz yaşları" adlı fotoşəkil bütün dünyada məşhurlaşdı.
1992-ci il dekabrın 18-də tarixi adı bərpa olunan agentlik 2015-ci ildən Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC adlanır.
AZƏRTAC son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır. Onların arasında TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), KYODO (Yaponiya), Yonhap (Koreya Respublikası), TELAM (Argentina), SPA (Səudiyyə Ərəbistanı), Ukrinform (Ukrayna) və digər nüfuzlu xəbər yayımçıları var. AZƏRTAC, həmçinin Dünya Xəbər Agentlikləri Konqresi Şurası və Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində Associated Press, Reuters, Press Association, DPA agentlikləri ilə əməkdaşlıq edir.
Hazırda AZƏRTAC-ın xarici ölkələrdə 21 müxbir məntəqəsi fəaliyyət göstərir. Prezidentin Sərəncamına əsasən agentlik üçün inşa olunan yeni ofis binasının tikintisi başa çatdırılıb və yaxın vaxtlarda istifadəyə veriləcək. Göstərilən bu diqqət və qayğı informasiyanın keyfiyyətini yüksəltməyə, agentliyin rəqabətqabiliyyətliliyini təmin etməyə zəmin yaradır.
Azərbaycanın ilk milli xəbər agentliyi 101 yaşında - FOTOAzərbaycanın ilk milli xəbər agentliyi 101 yaşında - FOTOAzərbaycanın ilk milli xəbər agentliyi 101 yaşında - FOTOAzərbaycanın ilk milli xəbər agentliyi 101 yaşında - FOTOAzərbaycanın ilk milli xəbər agentliyi 101 yaşında - FOTOAzərbaycanın ilk milli xəbər agentliyi 101 yaşında - FOTOAzərbaycanın ilk milli xəbər agentliyi 101 yaşında - FOTOAzərbaycanın ilk milli xəbər agentliyi 101 yaşında - FOTOAzərbaycanın ilk milli xəbər agentliyi 101 yaşında - FOTOAzərbaycanın ilk milli xəbər agentliyi 101 yaşında - FOTOAzərbaycanın ilk milli xəbər agentliyi 101 yaşında - FOTOAzərbaycanın ilk milli xəbər agentliyi 101 yaşında - FOTOAzərbaycanın ilk milli xəbər agentliyi 101 yaşında - FOTO

Sosial       Tarix: 01 mart 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal futbol xeberleri hava proqnozu sonxeber az