Azərbaycanın İordaniyadakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım gecəsi keçirib - FOTO

Azərbaycanın İordaniyadakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım gecəsi keçirib - FOTO Azərbaycanın İordaniyadakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım gecəsi keçirib - FOTO
Səfirliyin təşəbbüsü ilə və İordaniyada COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilmiş qaydalara riayət edilməklə, cari ilin 25 fevral tarixində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım gecəsi təşkil edilmişdir.
Bu barədə Azərbaycanın İordaniyadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə, Pakistan, Qazaxıstan və Gürcüstanın Əmmandakı diplomatik missiya rəhbərlərinin, eləcə də İordaniya parlament, beyin mərkəzi və mətbuat nümayəndələrinin, o cümlədən  ölkəmizin ali təhsil müəssisələrini bitirmiş iordaniyalı məzunların iştirak etdikləri anım tədbiri Xocalı və Vətən müharibəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Səfirliyin müvəqəti işlər vəkili Elnur Şahhüseynov qonaqları salamlayaraq, dəvəti qəbul etdiklərinə görə dərin təşəkkürünü ifadə edib.
Xocalı faciəsi üzərində ətraflı dayandığı zaman Səfirliyimizin nümayəndəsi Fransanın "Le Mond", Böyük Britaniyanın "Tayms" kimi Avropanın aparıcı qəzetlərinin nəql etdiyi xəbərləri, o zaman qanunsuz silahlı birləşmələrin komandiri, sonradan Ermənistana rəhbərlik etmiş S.Sarkisyanın britaniyalı jurnalist Tomas De Vaala söylədiyi fikirləri, erməni müəllifi Markar Melkonyanın "Arabo" və "Aramo" döyüşçüləri barəsində xatirələri anım iştirakçılarının diqqətinə çatdırıb, Xocalı qətliamının XX əsr boyu terrorçu ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğın və etnik təmizləmələrin davamı olduğuna diqqət çəkib. Eyni zamanda, Ermənistan Respublikasının bəşəriyyətə qarşı cinayətləri 2020-ci ildəki Vətən müharibəmiz dövründə yenidən özünü bariz şəkildə göstərdiyi qeyd edilib və bu cinayətlərlə əlaqədar bir sıra məlumatlar təqdim edilib. 
Soydaşlarımızın kütləvi məhvinə dair beynəlxalq siyasi və hüquqi qiymətə gəlincə, bu məsələdə E.Şahhüseynov Avropa Şurası Nazirlər Komitəsinin 11 mart 1992-ci il tarixli bəyannaməsi və Avropa İnsan Haqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarı barədə dinləyicilərə məlumat verərək, 19 iyun 2013-cü ildə İordaniya Senatında Xocalı soyqırmını pisləyən bəyanatın qəbul edildiyini, bununla da İordaniyanın Xocalı şəhərində kütləvi qırğını tanıyan ilk ərəb ölkəsi olduğunu və Azərbaycanda bunu yüksək təqdir etdiyimizi xüsusi qeyd edib, bu faciənin dünya miqyasında tanıdılması istiqamətində Azərbaycanda görülən işlərdən söhbət açıb. Nəzərə çatdırıb ki, məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə beynəlxalq təbliğat işlərinə start verildi, "Xocalıya Ədalət!" kampaniyası başladı.
Natiq, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin qlobal müstəvidə geniş təbliğ edilməsi yönündəki mühüm rolunu, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı altında 26 fevral 2019-cu ildə Bakıda keçirilmiş xalq yürüşünün önəmliyini qabardıb.
Çıxışında E.Şahhüseynov Azərbaycan həqiqətlərinin İordaniya cəmiyyətində geniş təbliğ etdiklərinə görə, dost və qardaş iordaniyalılara dərin minnətdarlığını da ifadə edib.
Ardınca çıxış edən Pakistanın müvəqqəti işlər vəkili Teymur Zülfuqar ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevin sərkərdəliyi altında qazanılmış möhtəşəm Zəfər münasibətilə qardaş xalqımıza və dövlətimizə təbriklərini çatdırıb, ölkəsinin Xocalı soyqırımını şiddətlə qinayan və rəsmən tanıyan, habelə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı davamlı şəkildə dəstəkləyən ölkələr sırasında yer aldığını xatırladıb.
"İordaniyada Azərbaycan Universitet və İnstitutlarının Məzunları Klubu"nun idarə heyətinin sədri Əyhəm Əbu Annəb və tarixçi Ömər əl-Armuti də öz çıxışlarında parlaq Qələbə münasibətilə səmimi təbriklərini ifadə edib, Xocalı soyqırımını qətiyyətlə pisləyib və Azərbaycanın haqq işini və həqiqətlərini bundan sonra da İordaniyada geniş təbliğatını davam etdirəcəklərini vəd ediblər.
Çıxışlardan sonra "Khojaly Genocide" adlı sənədli film nümayiş etdirilib, "İrs" jurnalının son sayının ərəbdilli versiyasından, o cümlədən Səfirliyin sifarişi ilə hazırlanmış və üzərlərində ərəb dilində "Xocalıya Ədalət! 26 fevral 1992-ci il" sözləri yazılmış bloknot, qələm və vizit kart qabını ehtiva edən qutudan ibarət çantalar paylanılıb.
Azərbaycanın İordaniyadakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım gecəsi keçirib - FOTO Azərbaycanın İordaniyadakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım gecəsi keçirib - FOTO Azərbaycanın İordaniyadakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım gecəsi keçirib - FOTO Azərbaycanın İordaniyadakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım gecəsi keçirib - FOTO Azərbaycanın İordaniyadakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım gecəsi keçirib - FOTO Azərbaycanın İordaniyadakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım gecəsi keçirib - FOTO Azərbaycanın İordaniyadakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım gecəsi keçirib - FOTO Azərbaycanın İordaniyadakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım gecəsi keçirib - FOTO Azərbaycanın İordaniyadakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım gecəsi keçirib - FOTO Azərbaycanın İordaniyadakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım gecəsi keçirib - FOTO Azərbaycanın İordaniyadakı səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım gecəsi keçirib - FOTO

Sosial       Tarix: 26 fevral 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal futbol xeberleri hava proqnozu sonxeber az