Azərbaycanın iradəsini qıra bilməyəcəklər - SƏRT MÖVQE

Azərbaycanın iradəsini qıra bilməyəcəklər - SƏRT MÖVQESon günlər Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin qarşısında təşkil etdiyi "şou" davam edir. Qarabağdakı ermənilərə "humanitar yardım" aparmaq adıyla siyasi təxribatlar törədən Ermənistanın məqsədi diqqəti regiona yönəltmək və Azərbaycanın imicinə zərbə vurmaqdır.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Mirzəbəyli Ermənistanın bu addımını planlaşdırılmış aksiya adlandırdı:
Azərbaycanın iradəsini qıra bilməyəcəklər - SƏRT MÖVQE"Ermənistan və ənənəvi himayəçilərinin Laçın sərhəd-keçid məntəqəsinin qarşısında düzənlədikləri "humanitar şou" Azərbaycanın öz suveren hüquqlarını qətiyyətlə müdafiə etməsinin qarşılığında, xüsusilə də humanitar məqsədlərlə Ağdam-Xankəndi yolundan istifadəylə bağlı rəsmi Bakının Brüsseldə irəli sürdüyü təklifdən sonra planlaşdırılmış təxribat xarakterli aksiyadır. Məqsəd isə Azərbaycanı fakt qarşısında qoymaq, ölkəmizə qarşı uydurma iddialar əsasında beynəlxalq təzyiqləri təşkil etməkdən ibarətdir. Şounun nə qədər davam edəcəyindən asılı olmayaraq, bu, Azərbaycanın haqlı və prinsipial mövqeyinə hər hansı formada təsir etməyəcək.
Mövcud vəziyyətdə, bizim tamamilə məntiqəuyğun, həm də suveren hüquqlarımızdan çıxış edərək irəli sürdüyümüz alternativ var. Bir ovuc separatçı və onları idarə edən dairələrin aqressiv, hikkəli davranışlarına görə, biz öz suveren haqlarımızdan, ədalətli və prinsipial mövqeyimizdən imtina edə bilmərik. Bu şounu təşkil edənlər, məğlub olan, iflasa uğrayan aqressiv separatizmə yeni nəfəs vermək, revanşçı qüvvələri dirçəltmək, iradəmizi qırmaq istəyirlər. Azərbaycan dövləti də baş verənlərin fərqindədir və bütün riskləri də, istisnasız olaraq, nəzərə alıb. Çünki haqsızlığın, şərin qarşısında bir addım geriyə çəkilmək, onların növbəti, həm də ərazi bütövlüyümüzün, suverenliyimizin şübhə altına alınmasına xidmət edən əməllərinə qapı açmaq deməkdir. Azərbaycanın irəli sürdüyü təklifin alternativi yoxdur və ola da bilməz".
Daha sonra bir qrup erməninin "xaç yürüşünə" başlamasına toxunan politoloq bunu düşmən ölkənin növbəti təxribatı kimi dəyərləndirib:
"Dini atributlardan siyasi məqsədlər üçün istifadə ermənilərin köhnə şakəridir. Bununla da xristian dininə mənsub olan insanlara emosional təsir göstərmək, guya, məhz xristian olduqlarına görə hansısa "təzyiqlərə" məruz qaldıqlarını görüntüləmək istəyirlər. Eyni üslubdan həm birinci, həm də ikinci Qarabağ müharibəsində də istifadə olunurdu. Erməni hərbçilərinin geyimlərinə, hərbi texnikanın üzərinə xaç işarəsi çəkməklə, təməlində işğal, vandalizm və digər müharibə cinayətləri dayanan əməllərini pərdələmək və təbii ki, xristian dininə mənsub olan insanların hisslərini istismar etməklə, dəstəklərini qazanmaq niyyəti güdürdülər. Amma bütün bunların heç bir faydası olmadı. Ermənilər azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım aktları zamanı, vəhşicəsinə qətlə yetirdikləri insanların, əsir və girovların bədənlərini qızdırılmış xaçla dağlayıblar və biz buna xristanlığın törətdiyi vəhşilik kimi yanaşmamışıq. Bizim üçün bütün dinlər insani dəyərləri ifadə edir və hər bir fərdin, toplumun dünyagörüşünü, mədəniyyətini ifadə edən amil onun humanizm prinsiplərinə sadiqliyidir. Səlib yürüşlərinin nəticəsini isə hər kəs xatırlayır. Tarixə nəzər salsaq, vəhşi, amansız səlib yürüşləri zamanı bizim dünyaya təqdim etdiyimiz və dünya xristianlarının bu gün də unutmadıqları Səlahəddin Əyyubi nümunəsi var".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 09 avqust 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər qarabag valyuta mezennesi zelzele