Azərbaycanın işğalda olan 8 kəndinin aqibəti necə olacaq? - Ya özləri tərk edəcəklər, ya da

Azərbaycanın işğalda olan 8 kəndinin aqibəti necə olacaq? - Ya özləri tərk edəcəklər, ya daXəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Aİ-nin prezidenti Şarl Mişellə telefonla danışıb.
Telefon danışığında ölkə başçısı bəzi mühüm məsələlərə toxunaraq onların həll istiqamətində vacib məqamları vurğulayıb.
Prezident bildirib ki, Qazaxın 7 kəndi hələ də erməni işğalı altındadır.
Bəs bu kəndlərin taleyi necə olacaq? Həmin kəndlərin işğaldan azad edilməsi üçün vacib faktorlar hansılardır?
Məsələyə toxunan millət vəkili Arzu Nağıyev azxeber.com-a açıqlamasında bildirib ki, cənab Prezidentin Şarl Mişelə bildirdiyi ən vacib məsələ Azərbaycanın 8 kəndinin erməni işğalında olmasıdır:
Azərbaycanın işğalda olan 8 kəndinin aqibəti necə olacaq? - Ya özləri tərk edəcəklər, ya da"Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığında Qranada danışıqları ilə bağlı fikir mübadiləsi, eyni zamanda müzakirələr aparılıb. Orada əsas məqamlardan biri məhz cənab Prezidentin Şarl Mişelə bildirdiyi Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olmasıdır. Bəli, bu həqiqətdir. Çünki əsas predmet odur ki, baxmayaraq ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan ərazisinin bütövlüyünü, suverenliyini tanıması ilə bağlı bəyanatla çıxış edib, Qranada görüşündə Azərbaycanın 86.6 min kv kilometr ərazisini tanıdığını bildirib. Həmin o kəndlər - Naxçıvanın Kərki, Qazaxın 7 kəndi 86.6 min kv. kilometr əraziyə daxildir. Lakin bütün bunlara baxmayaraq sözügedən kəndlər hələ də erməni işğalı altındadır".
Deputat əlavə edib ki, sözügedən ərazilər Azərbaycana qeyri-şərtsiz qaytarılmalıdır:
"Onların bu gün Azərbaycana qaytarılması demək olar ki, gündəmdə belə yoxdur. Əgər ərazi bütövlüyü tanınırsa, bu ərazilər Azərbaycana qeyri-şərtsiz qaytarılmalıdır. Əks-halda bizim həmin əraziləri işğaldan azad etmək imkanımız var. Bu, təbii ki, danışıqlar yolu ilə baş tutsa, çox müsbət bir hal kimi dəyərləndirilə bilər. Yəni, onlar özləri etiraf edir ki, bu torpaqlar Azərbaycan əraziləridir. Əgər belədirsə, əminəm ki, bu ərazilər mütləq ki, boşaldılmalı, orada hər hansı kommunikasiya varsa, təhvil verilməlidir. Bu cür istəklər bizim haqqımızdır, BMT tərəfindən tanınmış ərazi bütövlüyümüzdür. Bu səbəbdən də ermənilər həmin 8 kəndi geri qaytarmalı və həmin əraziləri tərk etməlidirlər".
Politoloq Elşad Mirbəşiroğlu da azxeber.com-a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti Şarl Mişellə danışığında  Azərbaycanın bir sıra məsələlərlə bağlı mövqeyini ifadə etdi:
Azərbaycanın işğalda olan 8 kəndinin aqibəti necə olacaq? - Ya özləri tərk edəcəklər, ya da"Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı bir daha Azərbaycanın bir sıra məsələlərlə bağlı mövqeyini ifadə etdi. Dövlət başçısının Şarl Mişelin diqqətinə çatdırdığı məqam ondan ibarət oldu ki, Azərbaycanın iştirakı olmadan dördtərəfli bəyanata Azərbaycanın daxil edilməsi doğru yanaşma deyil. Həqiqətən də mütləq şəkildə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsi müzakirələrin predmetidirsə, Azərbaycan da burada iştirak etməlidir. Orada Azərbaycanın iştirakı olmadan dördtərəfli bəyanata Azərbaycanın da daxil edilməsi hesab edirəm ki, siyasi intriqa yaratmaq cəhdidir. Azərbaycanın bu görüşlə bağlı konkret mövqeyi var idi. Bu mövqe də ondan ibarət idi ki, Fransa Azərbaycana qarşı hər zaman qərəzli mövqe tutub. Bu mövqeyinə görə Azərbaycan Qranada görüşündən imtina etdi. Azərbaycan Prezidenti Fransanin ritorikası ilə bağlı iradını da bildirdi".
Siyasi şərhçi qeyd edib ki, Fransanın ikiüzlü siyasəti regionda gərginlik yarada bilər:
"Fransa bir tərəfdən vasitəçilik etməyə çalışır, digər tərəfdən isə Ermənistanı silahlandırmaqdadır. Prezident İlham Əliyev bildirdi ki, regionda gərginlik yaranarsa, bunun əsas səbəbi Fransa olacaq. Prezident telefon danışığı zamanı Azərbaycanın 8 kəndinin hələ də Ermənistan işğalı altında olduğunu bildirdi. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində addımlar atılırsa, hərşeydən öncə bu kəndlərin də azad olunması çox vacibdir. Bu kəndlər də azad olduqdan sonra ölkəmizin ərazi bütövlüyü tam bərpa olunmuş hesab olunacaq. Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyev Şarl Mişelə fikirlərini çatdırmaqla gələcəkdə müzakirələrin formatı və istiqamətləri ilə bağlı işarələr vermiş oldu və bunlar da çox vacibdir. Çünki Azərbaycanın haqlı mövqelərinə uyğun gəlməyən reallıqların fonunda müzakirələrin aparılması təbii ki, hər hansı bir nəticəyə çıxartmayacaq. Bu baxımdan proseslərin həm də surətli getməsi və Azərbaycanın haqlı maraqlarının qorunması baxımından hesab edirəm ki, ölkə prezidentinin toxunduğu məqamlar çox vacib idi və düşünürəm ki, öz təsirini göstərəcək".
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictiamiyyətinə çatdırılması" mövzusunda dərc edilib.
Azərbaycanın işğalda olan 8 kəndinin aqibəti necə olacaq? - Ya özləri tərk edəcəklər, ya da

Siyasi       Tarix: 09 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Nyu Yorka getdi 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, b

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşir

Almaniya və Avropa İttifaqının daha 4 ölkəsi Madridin pandemiya dövründən qalan borcların ödənilməsini təxirə salmaq və Aİ büdcəsini yüz milyardlarla avro artırmaq təklifinə qarşı çıxıb. xəbər verir ki, Aİ-də təxminən 2 trilyo

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığı qey

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber iqtisadiyyat xeberleri bugun bu gune olan xeberler sonxabar