Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə verilən Prezident təqaüdünün məbləği artırıldı - FƏRMAN
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə verilən Prezident təqaüdünün məbləği artırıldı - FƏRMAN
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, şəhid ailələrinə, eləcə də ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I dərəcə əlilliyi olanlara verilən Prezident təqaüdünün məbləğləri artırılıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərmanlar imzalayıb.
Fərmana əsasən:
- Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə verilən Prezident təqaüdünün məbləği 1500 manatdan 1800 manata;
- şəhid ailələrinə verilən Prezident təqaüdünün məbləği 300 manatdan 500 manata;
- xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə verilən Prezident təqaüdünün məbləği 100 manatdan 130 manata artırılıb. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub