Azərbaycanın möhtəşəm zəfəri - Bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır

Azərbaycanın möhtəşəm zəfəri - Bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanırXəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi, Xocalı və Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Prezident Xankəndidən xalqa müraciət edərək bildirib ki, artıq bayrağımız işğaldan azad edilmiş bütün rayonlarda - Xankəndidə, Xocalıda, Ağdərədə qürurla və əbədi dalğalanır.
"Bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır", - deyə Prezident xalqa çıxışında deyib.
Azərbaycanın möhtəşəm qələbəsini azxeber.com-a şərh edən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, sentyabr ayında lokal antiterror əməliyyatının keçirilməsi bugünkü möhtəşəm qələbənin carçısıdır:
Azərbaycanın möhtəşəm zəfəri - Bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır"44 günlük Vətən Müharibəsi bitdikdən sonra Ermənistan tərəfi üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı və üzərinə müəyyən öhdəliklər götürdü. Ancaq təəssüflər olsun ki, üç il müddət ərzində Ermənistan və separatçılar qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılması şərtini və öhdəliyini yerinə yetirmədilər. Hər dəfə sülh danışıqlarından sonra müxtəlif təxribatlar törətdilər, vaxt qazandılar və demək olar ki, sülhün əldə edilməsinə kölgə saldılar. 
Bu zərurətdən də 2023-cü ilin sentyabr ayınıın 19-u və 20-ində lokal antiterror əməliyyatının keçirilməsi ortaya çıxdı və həmin tədbir nəticəsində keçmiş separatçılar ağ bayraq qaldırdılar, Azərbaycan tərəfinin şərtlərini qəbul etdilər və onların səlahiyyətliləri ilə - Xankəndi və ətraf ərazilərdə yaşayan erməni əhalinin nümayəndələri ilə Azərbaycan tərəfi Yevlax şəhərində görüşdü. Erməni əhaliyə reinteqrasiya proqramı təqdim edildi. Bundan sonra da bir neçə dəfə görüşlər baş tutdu. Amma erməni əhalinin bir hissəsi könüllü olaraq və yaxud keçmiş separatçıların təzyiqi altında bu ərazilərdən çıxaraq Ermənistana getdilər".
Deputat əlavə edib ki, Azərbaycan dövləti beynəlxalq hüquq və konvensiyalara söykənərək öz suverenliyini bərpa etdi: 
"Azərbaycan tərəfi humanitar hüquq qaydalarına tam əməl edərək həmin insanların təhlükəsizliyini təmin etdilər və bu gün də Qarabağda yaşamaq hüququ olan erməni əslli insanların  geri qayıdaraq Azərbaycanda yaşaması üçün hər cür şərait yaradılıb. Eyni zamanda, sosial qayğıya ehtiyacı olan erməniəsilli şəxslər üçün də lazımi imkanlar yaradılıb. Bir sözlə, Azərbaycan beynəlxalq hüquq və konvensiyalara söykənərək öz suverenliyini bərpa etdi. Beynəlxalq təşkilatların etməli olduğu bu öhdəlikləri özü yerinə yetirdi. Bu günlərdə Azərbaycanın hər bir qarış torpağında tam nəzarət Azərbaycan Silahlı Qüvvələrinə və Azərbaycan Dövlətinə məxsusdur. Bilirik ki, ötən müddət ərzində işğaldan azad edilmiş ərazilər nəzarətdə saxlanıldı. Xüsusilə də mina və digər təhlükəli obyektlərdən təmizləndi. Silah-sursatın Azərbaycan tərəfinə təhvil verilməsi prosesi həyata keçirildi və rəmzi məna daşıyan Cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin, prezident olmasının 20 illiyini günündə məhz oktyabr ayının 15-də İlham Əliyev bu ərazilərə səfər etdi".
Sözügedən prosesi şərh edən siyasi şərhçi Turan Rzayev də azxeber.com-a açıqlamasında deyib ki, Prezidentin Xocalıda, Xankəndidə, Ağdərə Bayrağımızı ucaltması həqiqətən tarixi bir hadisədir:
Azərbaycanın möhtəşəm zəfəri - Bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır"Ölkə başçısı, Cənab Prezident İlham Əliyevin Xocalıda, Xankəndidə, Ağdərə də Bayrağımızı ucaltması həqiqətən tarixi bir hadisədir. 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və hər azad edilən rayonda Bayrağımızın ucaldılması təntənəli surətdə Prezidentə məruzə edilməsi əslində həm də xalqa məruzə idi. Cənab Prezidentin 44 günlük müharibə zamanı həm də Ali Baş Komandan missiyası var idi və bu onun əynindəki formadan özünü göstərirdi. Yəni, təkcə prezident kimi yox, həm də Ali Baş Komandan kimi ordunun başındaydı. Xalqa Ali Baş Komandanın xidmətinin real göstəricisi idi. Təbii ki, 44 günlük savaşdan sonra müəyyən bir qisim ərazimiz, daha dəqiq desək Xankəndi və ətraf regionlarımızın işğaldan azad edilməsi məsələsi bir qədər dayandı. Bunun da subyektiv və obyektiv səbəbləri mövcuddur".
Politoloq qeyd edib ki, Azərbaycan artıq öz torpaqlarının yüzdə-yüz faizini işğaldan azad edib:
"Cənab Prezidentin dediyi kimi, o hər şeyi necə, nə zaman etmək lazım olduğunu daha yaxşı bilir. Bu baxımdan da prezidentin həmin vaxtı işlətdiyi bu sözlər yaranan müəyyən sualların cavabını ötən gün ərzində vermiş oldu. Bu, kifayət qədər ciddi bir hadisədir. Azərbaycan torpaqlarının yüzdə-yüz faizi işğaldan azad edilib. Daha doğrusu, onsuz işğaldan azad edilmişdi. Sadəcə artıq rəsmi şəkildə hüquqi müstəvimizə daxil edilib. Azərbaycan suverenliyi və ərazi bütövlüyü tam olaraq bərpa edildi. Bu bərpa prosesində cənab Prezident İlham Əliyevin 20 illik sistematik və uzaqgörən siyasətinin payı çoxdur. Bunun nəticəsində biz ötən gün bayrağımızın Xankəndidə, Xocalıda və Ağdərədə dalğalandığının şahidi olduq. Sözügedən tarixi hadisəni təsəvvür etmək həqiqətən də olduqca çətindir. Çünki üç nəsildir ki, bir münaqişənin şahidi olurduq, bu dəfə isə artıq bu konfliktin bitməsinin şahidi oluruq. Bu qələbəni bizə yaşadan cənab Prezidentimiz, daha sonra şəhidlərimiz və qazilərimizdir. Bir sözlə, bütün xalqımızdır".
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusunda dərc edilib.
 Azərbaycanın möhtəşəm zəfəri - Bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır

Siyasi       Tarix: 16 oktyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan hava hava haqqinda az xeber