Azərbaycanın mülki aviasiyasının 20 illik inkişaf yolu - Nailiyyətlər və perspektivlər + FOTO

Azərbaycanın mülki aviasiyasının 20 illik inkişaf yolu - Nailiyyətlər və perspektivlər + FOTOAzərbaycanın mülki aviasiyasının 20 illik inkişaf yolu - Nailiyyətlər və perspektivlər + FOTO
Son 20 il ərzində Azərbaycanda aviadaşımalar qabaqcıl texnologiyaların və tərəqqinin simvoluna çevrilərək əhəmiyyətli dərəcədə inkişaf edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkənin mülki aviasiyası mühüm transformasiyalardan keçərək müasir, dinamik və perspektivli sənaye sahəsinə çevrilib. Belə ki, 2003-cü ildən ölkəmizdə bu sahə dövlət başçısının rəhbərliyi altında intensiv inkişafın yeni mərhələsinə qədəm qoyub.
Təyyarə parkı yenilənib, marşrut şəbəkəsi genişləndirilib
2005-2015-ci illər ərzində "Azərbaycan Hava Yolları" QSC (AZAL) öz təyyarə parkına "Airbus A319", "Boeing 767-300ER", "Airbus A340-500", "Embraer 190", "Embraer 170" və "Boeing 787-8 Dreamliner" kimi yeni təyyarə modellərini daxil edib.
2023-cü ilin əvvəlində 3 ədəd yeni "Airbus A320neo" təyyarəsi ilə uçuşların həyata keçirilməsinə başlanılıb. Həmin ilin aprel ayında AZAL "Airbus" və "Boeing" şirkətləri ilə daha 20 hava gəmisinin – 12 ədəd "Airbus A320neo" və 8 ədəd "Boeing 787" təyyarələrinin tədarükünə dair müqavilələr bağlayıb. Yeni təyyarələrin mərhələli şəkildə istismara verilməsi planlaşdırılır. "GetJet Airlines" şirkəti ilə təyyarələrin lizinqinə dair yeni əməkdaşlıq nəticəsində AZAL-ın donanması 3 ədəd "Airbus A320" hava gəmisi ilə genişləndirilib.
Azərbaycanın mülki aviasiyasının 20 illik inkişaf yolu - Nailiyyətlər və perspektivlər + FOTO2010-cu ildən etibarən Milli Aviasiya Akademiyasının nəzdində Pilotların Hazırlığı Mərkəzi fəaliyyət göstərir. Mərkəz nəzəri və praktiki hazırlıq şöbələrindən ibarətdir. Praktiki hazırlıq şöbəsində peşəkar mülki aviasiya pilotlarının hazırlığı üçün vacib olan uçuş simulyatorları quraşdırılıb. Beləliklə, Pilotların Hazırlığı Mərkəzində "AIRBUS A320/A319", "Boeing 757/767", "EMBRAER E190", "ATR-42/72" təyyarələri, həmçinin "Mi-8AMT" helikopter pilotları təlim keçirlər. Uçuş simulyatorunda aviasiya elminin və texnikasının müasir yenilikləri tətbiq olunmaqla, bu sahədə ən yüksək olan və beynəlxalq təşkilatlar tərəfindən yoxlanılan D səviyyəsi təmin olunur.
Marşrut şəbəkəsinin təkmilləşdirilməsi AZAL-ın inkişafının əsas istiqamətlərindən biridir. 2003-2023-cü illər ərzində uçuş coğrafiyasının genişləndirilməsi istiqamətində görülən işlər nəticəsində 2023-cü ilin sonuna aviaşirkətin marşrutlarının ümumi sayı 57-yə çatdırılıb.
 AZAL-ın strategiyası və rəqəmsal inkişafı
2022-ci ilin dekabr ayında AZAL strateji inkişaf planının hazırlanması məqsədilə "McKinsey" beynəlxalq konsaltinq şirkəti ilə saziş imzalayıb. 2023-2030-cu illəri əhatə edən bu plana aviaparkın unifikasiyası, marşrut şəbəkəsinin genişləndirilməsi, uçuşların əlaqələndirilməsi üçün səmərəli sistemin yaradılması kimi bir çox aspektlər daxildir.
Qeyd edək ki, 2022-ci il AZAL üçün ötən illərə nisbətən əlamətdar bir il olub. Həmin ildə AZAL maliyyə hesabatlarına əsasən ilk dəfə olaraq xalis mənfəət əldə etməklə böyük nailiyyət qazanıb. Eləcə də aviaşirkət tərəfindən həm xarici, həm də yerli kreditorlar qarşısında bir çox öhdəliklər icra olunub.
2021-ci ilin avqust ayında AZAL ən son rəqəmsal həllərin tətbiqi üzrə korporativ siyasəti çərçivəsində əməliyyat və mənfəətin optimallaşdırılması üzrə yeni - "Amadeus SRM" (Amadeus Segment Revenue Management) sisteminə keçib.
2023-cü ildə AZAL sərnişinlərin rahatlığının artırılması məqsədilə qabaqcıl rəqəmsal həlləri fəal şəkildə inteqrasiya edib. Yenilənmiş veb-sayt və mobil tətbiq daha rahat səyahət planlaşdırmasını təmin edərək, müştəri təcrübəsini əhəmiyyətli dərəcədə təkmilləşdirib. Eyni zamanda aviaşirkət sərnişinlərin fərdi ehtiyaclarını nəzərə alan, onların məmnunluğunu və xidmət keyfiyyətini artıran CRM (müştəri münasibətlərinin idarə edilməsi) sisteminin inkişafına diqqət yetirib.
Azərbaycanın mülki aviasiyasının 20 illik inkişaf yolu - Nailiyyətlər və perspektivlər + FOTOYenidənqurma və yeni hava limanlarının tikintisi
Dövlət başçısının rəhbərliyinin ilk illərində mühüm hadisələrdən biri 2004-cü ilin aprelində Naxçıvan Hava Limanına beynəlxalq statusun verilməsi olub. 2016-cı ildə Naxçıvan Beynəlxalq Hava Limanının modernləşdirilməsi istiqamətində işlər, o cümlədən aviasiya əməliyyatlarının səmərəliliyini artırmağa kömək edən innovativ texniki həll olan teleskopik trapların quraşdırılması həyata keçirilib.
2006-cı ildə Gəncə Beynəlxalq Hava Limanı əsaslı təmir olunub ki, bu da infrastrukturun və sərnişinlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi ilə nəticələnib. 2009-cu ildə yenidənqurmadan sonra Lənkəran və Zaqatala hava limanlarına beynəlxalq status verilib. Aviasiya infrastrukturunun inkişafında digər mühüm mərhələ 2012-ci ildə Qəbələ aeroportunun tikintisi və onun beynəlxalq hava limanı kimi tanınmasıdır.
2011-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı 23 aprel 2014-cü ildə baş tutub. Təkcə bu terminal ildə 6 milyon sərnişinə xidmət edə bilər. Ümumilikdə isə Azərbaycanın əsas hava qapısı olan - Bakı aeroportu 9 milyon sərnişini qəbul etmək iqtidarındadır.
Azərbaycanın mülki aviasiyasının 20 illik inkişaf yolu - Nailiyyətlər və perspektivlər + FOTOQarabağda quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı cənab Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, 2021-ci ildə Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanı rekord müddətdə – cəmi 8 aya tikilib istifadəyə verilib və 2022-ci ilin oktyabr ayında Zəngilan Beynəlxalq Hava Limanının açılışı baş tutub.
Uzun illərdən sonra Qarabağ səmasında milli naviqasiya sistemlərinin radioçağırış siqnalları yenidən ötürülüb və onları ilk dəfə Azərbaycanın milli aviadaşıyıcısı AZAL-ın təyyarələri qəbul edib. Eyni zamanda ölkə üzrə 9-cu, azad edilmiş torpaqlarda 3-cü aeroport olacaq Laçın Beynəlxalq Hava Limanı da 2021-ci ildən etibarən tikilməkdədir.
Azərbaycanın mülki aviasiyasının 20 illik inkişaf yolu - Nailiyyətlər və perspektivlər + FOTOAZANS – səmada təhlükəsizliyin təminatçısı
AZAL aparıcı aviaşirkət olmaqla yanaşı, həm də dünyada ən təhlükəsiz hava yollarından biri kimi tanınır. Onun təhlükəsizliyinin təminatçıları sırasında "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) var. "Azərbaycan Hava Yolları" QSC-nin tərkibinə daxil olan "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə yüksək səviyyədə cavab verir.
AZANS-ın fəaliyyətinə diqqət yetirsək, 2022-ci il "CANSO Global Safety Achievement" nominasiyasında qalib gələrək, dünyada aeronaviqasiya xidmətlərinin TOP-5 ən etibarlı təchizatçıları siyahısında yer alıb. Bu siyahıda Azərbaycanla yanaşı, ABŞ, Argentina, Tailand, həmçinin Yeni Zelandiyanın da adı keçir. AZAL QSC-nin "Azəraeronaviqasiya" (AZANS) Hava Hərəkəti İdarəsi Azərbaycanın hava məkanında uçuşların aeronaviqasiya xidmətinə cavabdeh orqandır.
Azərbaycanın mülki aviasiyasının 20 illik inkişaf yolu - Nailiyyətlər və perspektivlər + FOTOQeyd edək ki, son vaxtlar pik aylarda ölkənin hava məkanı üzərindən tranzit uçuşlarının artımı 260% təşkil edib. "Azəraeronaviqasiya" (AZANS) bu gün Azərbaycanın hava məkanında ayda orta hesabla 15 min tranzit reysinə xidmət göstərir. Bu, bir daha göstərir ki, Azərbaycanın hava məkanı xarici aviaşirkətlər üçün daha cəlbedicidir. Həm də Azərbaycan hava hərəkətinin idarə edilməsi və ölkə ərazisindən tranzit uçuşların planlaşdırılması sahəsində EUROCONTROL ilə əməkdaşlığı dinamik şəkildə genişləndirir.
Mükafatlar və nailiyyətlər
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mülki aviasiyası daimi inkişafın parlaq nümunəsinə çevrilib. 2015-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu və "Azərbaycan Hava Yolları" aviaşirkəti Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti olan "Skytrax" tərəfindən "4 ulduz" mükafatına layiq görülüb. Hava limanı 2018-ci ildə eyni kateqoriyada nüfuzlu "5 ulduz" mükafatını qazanıb və 2020-ci ildə həmin reytinqi təsdiqləyib. Aviaşirkət öz reytinqini 2018-ci və 2020-ci illərdə təsdiqləyib.
2020-ci ildə Bakı aeroportu bulud texnologiyalarına tamamilə keçən dünyanın ilk hava limanı olub. Bir il sonra Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb. 2017-2023-cü illərdə Heydər Əliyev Beynəlxalq Aeroportu müxtəlif nominasiyalar üzrə mükafatlar alaraq Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı hava limanları reytinqinə dəfələrlə başçılıq edib.
2018-ci ildə AZAL "Skytrax" tərəfindən "Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət" adına layiq görülüb, 2022-ci ildə isə "Mərkəzi Asiyanın və MDB-nin ən yaxşı regional aviaşirkəti" nominasiyasının qalibi olub.
2020-ci ildə aviaşirkət aviasiya analitik-sorğu nəşri olan "Official Airline Guide" (OAG) jurnalına görə Avropanın ən punktual aviaşirkəti kimi tanınıb.
AZAL 2008-ci ildən etibarən hava nəqliyyatı sənayesində aviadaşıyıcının etibarlılığının və yüksək təhlükəsizliyinin sübutu kimi, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Əməliyyat Təhlükəsizliyi Auditindən (IOSA) son dəfə 2023-cü il olmaqla, müvafiq dövrlərdə davamlı şəkildə uğurla keçib.
Azərbaycanın mülki aviasiyasının 20 illik inkişaf yolu - Nailiyyətlər və perspektivlər + FOTOAzərbaycanın mülki aviasiyasının inkişafında və mövqelərinin möhkəmlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi və təşəbbüsləri həlledici rol oynayıb. Qarşıdan gələn illər davamlı inkişafa yeni perspektivlər yaradır və AZAL sərnişinlərin gözləntilərini qarşılamaq üçün bütün səylərini göstərməyə davam edəcək. / oxu.az

Turizm     Baxılıb: 158   Tarix: 30 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri bu gune olan xeberler cəbhədən görüntülər bu gunun xeberleri cəbhədən son xəbərlər 2024