Azərbaycanın qaz gəlirləri arta bilər – Səbəb nədir?
"Avropada qaz qiymətlərinin artması Azərbaycan üçün ixrac gəlirlərinin yüksəlməsi baxımından əlavə imkanlar yaradacaq. Çünki Avropa Azərbaycanın əsas qaz bazarlarından biridir və qiymətlərin yüksəlməsi ixrac olunan qazın dəyərini artıra bilər. Lakin gəlirlərin nə qədər artacağı qazın hansı qiymətlərlə satılmasından, uzunmüddətli müqavilələrin şərtlərindən və ixrac həcmlərindən asılıdır. Bütün müqavilələrdə qiymətlər bazardakı dəyişikliklərə eyni sürətlə uyğunlaşmır".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib:
"Digər tərəfdən, Avropada qiymətlərin yüksəlməsi Azərbaycana qaz ixracını artırmaq üçün daha əlverişli şərait yaratsa da, bunun üçün əlavə hasilat və nəql imkanları lazımdır. Mövcud infrastruktur və hasilat həcmləri ixracın sürətlə artırılmasını məhdudlaşdıra bilər. Eyni zamanda, dünya bazarında qiymətlərin yüksəlməsi enerji daşıyıcılarının daxili və xarici bazarlarda istifadəsi ilə bağlı iqtisadi hesablamalara da təsir göstərir".
Ekspert əlavə edib ki, ümumilikdə, Avropada qazın bahalaşması Azərbaycan üçün əlavə valyuta gəlirləri və ixrac imkanları yarada bilər. Ancaq bu üstünlükdən uzunmüddətli faydalanmaq üçün hasilatın artırılması, yeni qaz yataqlarının işlənməsi və ixrac marşrutlarının genişləndirilməsi vacibdir.
Aynurə İsmayıl
KONKRET.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır