Azərbaycanın səbri tükənir - İrəvanın cəhdləri fiaskoya məhkumdur

"Ermənistan rəhbərliyi özünü Avropada sülhpərvər göstərərək, Azərbaycanı ittiham edir və ölkəmizin əleyhinə bəyanatlar səsləndirir. Əslində Paşinyanın Avropa Parlamentindəki çıxışı və yeni obraza girməsi onun taktikasıdır".
Bunu KONKRET.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Azərbaycanın səbri tükənir - İrəvanın cəhdləri fiaskoya məhkumdurEkspert Ermənistan Baş nazirinin fikirlərini belə şərh edib:
"Nikol Paşinyan Azərbaycanla ilin sonuna kimi sülh müqaviləsinin imzalanmasının mümkün olacağı ilə bağlı bəyanat səsləndirir. Bundan başqa, kommunikasiyaların, Zəngəzur dəhlizinin açılmasıyla bağlı heç bir problemin olmadığını və Ermənistanın buna hazır olduğunu söyləyir. Bununla o, Avropa auditoriyasında, beynəlxalq səviyyədə özünün sülhpərvər imicini formalaşdırmaq istəyir. Eyni zamanda, Azərbaycanı etnik təmizləmədə və Ermənistan ərazilərini guya işğal altında saxlamaqda ittiham edir. Bunlar əlbəttə ki, manipulyasiyadır. Əvvəla, etnik təmizləmə ilə bağlı məhz Paşinyanın özü sentyabrın 21-də, antiterror əməliyyatlarından dərhal sonra bəyanat verib bildirdi ki, Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur. Bundan başqa, Paşinyanın Avropa Parlamentində səsləndirdiyi bir rəqəm əlbəttə ki, böyük bir uydurmadır. O bildirir ki, Azərbaycan 100 km-lik ərazidə Ermənistanın 4 km dərinliyinə girib. Bu da 400 kv.km ərazi deməkdir. Azərbaycan və Ermənistan arasında sərhədlər dəqiqləşmədiyindən, şərti sərhəd olduğuna görə onun bu fikirlərinin heç bir əsası yoxdur"
.
Daha sonra Paşinyanın Avropa Parlamentində Rusiya əleyhinə söylədiyi fikirlərə toxunan politoloq bildirib ki, baş nazir hakimiyyətə gələndən bəri ölkəsini Qərbə yönləndirməyə çalışırdı: "44 günlük müharibədən sonra onun əlinə fürsət düşdü və Rusiyanı ittiham etməyə, getdikcə ondan uzaqlaşmağa çalışdı. O, Rusiya əleyhinə fikirlərini növbəti dəfə Avropada yüksək kürsüdən səsləndirməklə Qərbdəki tərəfdaşlarını Ermənistanı müdafiə etməyə dəvət etdi. Amma Qərb cinahından Paşinyanın bu çağırışlarına dəstək olacaqmı, onu gələcək göstərəcək".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 21 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar enson xeberler xeberler azerbaycan sou xeberler